Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda cəbhəyanı ərazilərdə düşmənin törətdikləri yanğınlara baxmayaraq taxıl biçini sürətlə aparılır

29 iyun 2015 | 10:00

Ağdam rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Düşmənlə təmas xəttində yerləşən kəndlərdə olan taxıl və arpa sahələrinin ermənilər tərəfinfən yandırılmasına olunan bir çox cəhdlərə baxmayaraq bu gün həmin ərazilərdə biçin sürətilə aparılır.
Rayon statistika idarəsindən  verilən məlumata görə, indiyədək 3047 hektar sahədə arpa, 3445 hektar sahədə buğda biçilib və 22 min 594 ton məhsul tədarük edilib. Hər hektardan məhsuldarlıq buğda sahələrində 39,2 sentner, arpa zəmilərində isə 29,8 sentnerdir. Ötən ilə nisbətən hər hektardan məhsuldarlıq orta hesabla 4,1 sentner çox olub.
Bu il Ağdamda 17 min 827 hektar sahədə taxıl becərilib. Hazırda rayonda taxıl biçini uğurla davam edir.

Keçidlər