Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

25 iyun 2015 | 10:00

25 iyun BMT-nin ümumdünya narkotiklərlə mübarizə günü ilə əlaqədar  Ağdamın Quzanlı qəsəbəsində “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, onun doğurduğu fəsadlar və digər hallara qarşı əhalinin marifləndiilməsi” məqsədilə tədbir keçirilmişdir. Əsasən cəmiyyətin gənc və yeniyetmə nəslinin maarifləndirilməsi məqsədilə keçirilən disskussiyada rayon İcra hakimiyyəti, Mərkəzi Rayon Xəstəxanası, Mədəniyyət və Turizm şöbəsi, Gənclər və İdman idarəsi, Hüquq Mühafizə orqanlarının əməkdaşları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə Ağdam Rayon Polis şöbəsinin rəisi Elçin Qasımov, Ağdam Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Tahir Abbasov, gənclər çıxış ediblər. Onlar nitqlərində narkotikin nəinki insan orqanizminə, həm də mənəviyyatına, həyatına vurduğu zərərlərdən, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən profilaktik tədbirlərdən danışıb, bu dəhşətli bəlanın yayılmasının qarşısının alınması üçün hamılıqla mübarizə aparılmasının vacibliyindən bəhs ediblər.
“Narkomaniya cəmiyyətin düşmənidir”, “Narkomaniyaya yox deyək” devizi altında əhali arasında geniş təbliğat-təşviqat işlərinin davam etdirilməsi üçün vətəndaşların yardımına ciddi ehtiyacın olduğu vurğulanıb. Tədbirin sonunda narkomaniyanın insan həyatına gətirdiyi bəlalardan bəhs edən marifləndirici videoçarx nümayiş olunub.

Keçidlər