Şriftin ölçüsü :

Saytın rəngi :

Alıbəyli kənd tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilmişdir

16 sentyabr 2012 | 10:00

15 sentyabr – Bilik Günü ərəfəsində Ağdam rayonunun Alıbəyli kəndində 300 şagird yerlik məktəb binası dövlət vəsaiti hesabına əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər müəllim, şagird və valideynləri təbrik etmiş, ölkədə və rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışmışlar. Tədbirdə söz alan pedaqoji kollektivin və kənd ictimaiyyətinin nümayəndələri təhsil ocağının əsaslı təmir edilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmiş, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləmişlər.

Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar. Məktəb binası lazımi avadanlıqla, istilik sistemi və su ilə təmin olunmuş, həyətdə geniş abadlıq işləri aparılmışdır.

Açılış mərasimindən sonra kənd sakinlərinin səyyar qəbulu keçirilmişdir. Rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdikləri görüşdə kənd sakinlərinin müraciətləri dinlənilmiş, qaldırılmış problemlərin həlli üçün müvafiq tapşırıqlar verilmişdir.
Görüşdə rayon icra hakimiyyəti tərəfindən imkansız ailələrdən olan uşaqlara məktəbli formaları verilmişdir.
 

Keçidlər