Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunun ümumtəhsil məktəblərində son zəng mərasimləri keçirilib

29 may 2015 | 10:00

Ağdam rayonunun ümumtəhsil müəssisələrində son zəng mərasimləri keçirilib.
     Rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov, təhsil şöbəsinin, idarə, müəssisə və təşkilatların, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, valideynlər son zəng mərasimlərində iştirak edərək, məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Mərasimlərdə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və qazanılan uğurlardan danışılıb.
     Çıxış edən məzunlar onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını, doğma məktəblərinin şərəfini daim uca tutacaqlarını söyləyiblər.
     Qeyd edək ki, 2014-2015-ci tədris ilində rayonun 134 ümumtəhsil müəssisəsinin IX sinfilərini 1650, XI sinfində isə 1360 şagird bitirir.

Keçidlər