Ağdamın simvolu sayılan yani “Çay evi”nin açlışı oldu
10 may 2015 – ci il taixdə Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdamın simvolu sayılan yani “Çay evi”nin açlışı oldu. Qeyd edək ki, hələ Ağdam rayonu erməniler tərəfindən işğal olunmamışdan illər öncə daha dəqiqi desək 1986-cı ildə belə bir “Çay evi” Ağdamda olub. Ancaq məlum səbəblərdən artıq necə illərdi biz Ağdamlılar o nadir memarlıq nümunəsi olan “Çay Evi”nin xidmətlərindən yararlana bilmirik. Bütün bunlara baxmayaraq Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədovun şəxsi təşəbbüsü ilə rayon ərazisində həmin “Çay Evi”nin eynisini inşa edib Ağdamlıların istifadəsinə vermək mümkün oldu. Məhz bu münasibətlə keçirilən açılış mərasimində rayon ziyalıları, sadə sakinlər bu tədbirdə böyük həvəslə iştirak etdilər. Açılış tədbirində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov belə bir ideyanı həyata keçirdiyi üçün xöşbəxt olduğunu bildirdi. Qeyd etdi ki, “Çay Evi” Ağdamın simvolu sayılıb və illər keçsədə o heç vaxt bizim yaddaşımızdan silinməyəcək. Raqub Məmmədov onuda qeyd etdi ki, möhtərəm cənab prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və iradəsi nəticəsində yaxın zamanda doğma Ağdamımızda həmin “Çay Evi”nin eynisi inşa etmək qismətimiz olacaq. Digər çıxış edənlər belə bir ideyanı həyata keçirdiyi üçün rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədova öz təşəkkürlərini bildirdilər.