Şriftin ölçüsü :

Saytın rəngi :

17 noyabr- Milli Dirçəliş Günü münasibətilə Ağdamda tədbir keçirilib

17 noyabr 2022 | 17:53

17 noyabr 2022-ci il tarixdə 17 noyabr- Milli Dirçəliş Günü münasibətilə Ağdam Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edən RİH başçısı bu tarixi günün əhəmiyyətindən, Azərbaycan xalqının həyatındakı rolundan danışmış, Milli Dirçəliş Gününü xalqımızın azadlıq mübarizəsi tarixində mühüm mərhələ kimi qiymətləndirmişdir. Çıxışlarda 1988-ci ilin noyabr hadisələrinin tarixi əhəmiyyətindən, dövlət müstəqilliyinin bərpa olunmasından, ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsində xidmətlərindən, ölkədə gedən sosial-iqtisadi inkişafdan bəhs olunmuşdur.

Keçidlər