Ağdam rayonunun Əfətli kəndində İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksinin əsaslı təmirdən sonra açılışı olub.
Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı cənab Raqub Məmmədov, Hüquq Mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər Tədbir iştirakçıları müharibədə həlak olan həmvətənlərimizin xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edənlər İkinci Dünya müharibəsi zamanı Azərbaycanlıların ön və arxa cəbhələrdə göstərdiyi misilsiz rəşadətdən, faşizm üzərində qələbənin qazanılmasında rolundan danışıblar. Bildirilib ki, İkinci Dünya müharibəsində 7361 nəfər ağdamlı alman faşizminə qarşı igidliklə döyüşüb, onlardan 3686 nəfəri həlak olub.
Müharibə veteranları onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra veteranlara yubiley medalları və hədiyyələr təqdim edilib.
Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə başa çatıb.