Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonu Quzanlı qəsəbəsinində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kitab bayramı keçirilib

05 may 2015 | 10:00

2015-ci il mayın 5-də Ağdam rayonu Quzanlı qəsəbəsinində Ağdam Dövlət Dram Teatrının həyətində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kitab bayramı keçirilib. Kitab Bayramında rayon ümumtəhsil müəsisələrinin kollektivləri, müəllimlər, şagirdlər, kolleclərin tələbələri, idarə və müəsisələrdə çalışan işçilər, bir sıra şair və yazıçılar, Ağdam yetirməsi olan ziyalılar iştirak ediblər. Kitab bayramını giriş sözü ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov açaraq belə bir tədbirin burada keçirilməsinin Ağdamlılarda Ədəbiyyata, kitaba olan hörmətin nəticəsidir ki, buda bizi çox sevindirir. Raqub Məmmədov öz çıxışında Ağdam torpağının gözəl yazıçılar, şairlər, ziyalılar yetişdirdiyini diqqətə çatdıraraq onların ərsəyə gətirdiyi kitabların, elmi məqalələrin bu gün Azərbaycan elminə böyük töhvə verdiyini bildirmişdir. Daha sonra çıxış edən Ağdamlı ziyalılar bela bir bayramın təşkili üçün rayon rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Çıxışlardan sonra qonaqlar və iştirakçılar sərgidə nümayiş olunan kitablara baxıb, Ağdam Mədəniyyət və Turizm şöbəsinin “Şur” xalq çalğı alətləri ansablının  hazırladığı musiqi parçalarına qulaq asıblar.

Keçidlər