01 may 2015-ci il tarixdə YAP Ağdam rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Ağdam Olipiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş mini futbol yarışı keçirilmişdir.
01 may 2015 | 10:00
Yarışda rayonun müxtəlif idarə, müəsissə və təşkilatrlarını, həmçinin kənd və qəsəbələrini təmsil edən komandalar iştirak etmişdir.
Yarışın açılışında Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamışdır.
Mini futbol yarışında birinci yerə Quzanlı köçkün qəsəbə, ikinci yerə Quzanlı qəsəbə və üçüncü yerə isə Ağdam Musiqi Kollecinin komandaları çıxmışdır.
Yarışın qaliblərinə Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov tərəfindən kubok, digər yerləri tutan komandalara isə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.