YAP Ağdam rayon təşkilatının təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə tədbir keçirilib
30 aprel 2015-ci il tarixdə YAP Ağdam rayon təşkilatının təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə “Heydər Əliyev və Azərbaycan Mətbuatı”, “Heydər Əliyev və Dövlət Qadın siyasəti”, “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və Azərbaycan Gəncliyi” və “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” mövzusunda tədbir keçirilmişdir. Yığıncaqda YAP Ağdam rayon təşkilatının şura üzvləri, İlk partiya təşkilatı sədrləri, İdarə, müəssisə rəhbərləri, rayon Ağsaqqallar şurasının və Gənclər təşkilatının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusu ətrafında məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın canlı tarixi olduğunu qeyd etmişdir. Bildirmişdir ki, Ulu Öndər hakimiyyətdə olduğu dövrdə ölkəmiz öz inkişaf yolunu müəyyənləşdirməklə bərabər həm də özündən sonrakı dövr üçün böyük işlər görmüşdür. Onun siyasi xətti bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O öz çıxışında belə bir gərgin dövrdə xalqın təkidi və istəyi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının önəmini tədbir iştirakçılarının diqqətinə çatdırdıraraq bunu zamanın tələbi olduğunu bildirdi. ”Ümumilli Lider elə bir dövrdə siyasi hakimiyyətə qayıtdı ki, Azərbaycan artıq dünya xəritəsindən silinmə təhlükəsi altında idi”. İ.Quliyev öz çıxışında qeyd etdi ki, Bu gün qədirbilən xalqımız müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 92 illiyini böyük təntənə ilə qeyd edir. Ötən bu dövürlərdə əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışı, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyətə başlaması Azərbaycanın bu günki uğurlarını təmin edən ən başlıca şərt olmuşdur.
Tədbirdə Ağdam rayon İcra Hakimiyyəti Başçı Raqub Məmmədov mövzu ətrafında çıxış edərək bildirdi ki, 1990-ci illərin əvvələri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayırdılar, digər tərəfdən iqtisadiyyatımız tamamilə dağılmışdır. Şəhər və kəndlərimizdə qarət baş alıb gedirdi, zorakılıq adi bir hala çevrilmişdir. İnsanlar arsında düşmənçilik toxumu səpilirdi, şəhər və kəndlərimiz bir-birinin ardınca işğal edilirdi. Belə bir vəziyyətdə heç kim nə etmək lazım olduğunu bilmirdi. Bununla belə ölkəmizi bürümüş böhran qabaqcıl ziyalıları son dərəcə narahat edirdi. Onlar yaxşı dərk edirdilər ki, Azərbaycanı daha ağır bəlalar gözləyir. Odur ki, ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə Xalqın tanımış lideri, zamanəsinin görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevə müraciət etdilər. Məhz Heydər Əliyevin bu müraciəti qəbul edərək yanidən hakimiyyətə qayıtması nəticəsində xalqımız bu bəlalardan xilas oldu.
Daha sonra “Ağdam” qəzetinin baş redaktoru Baxşeyiş Hətəmov “Heydər Əliyev və Azərbaycan Mətbuatı” mövzusunda çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyini qazanılmasında və möhkəmlənməsində əməyinin önəmindən danışdı. O öz çıxışında Ulu Öndər Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yolundan danışdı. Bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı, Azərbaycan mətbuatına verdiyi dəyərli töhfələri danılmazdır. Heydər Əliyev hər zamanda ölkədə söz və mətbuat azadlığının qorunub saxlanmasına daima yüksək həssaslıqla yanaşmış və bu gün ki, Azərbaycan mətbuatının inkişafı, tərəqqisi məhz Ulu Öndərin adı ilə bağlıdır.
YAP Ağdam rayon təşkilatı Qadınlar Şurasının sədri Mətanət Misirxanova “Heydər Əliyev və Dövlət Qadın siyasəti” mövzusunda çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında Ulu Öndərimiz Heydər Əliyevin imzaladığı 06 mart 2000-ci il tarixli fərmanı Onun Azərbaycan qadınına verdiyi yüksək qiymətin bariz nümunəsidir. Ulu Öndərimiz Heydər Əliyev qadın mütəxəssislərə xüsusi diqqət yetirirdi. Bu gün Azərbaycanda qadınların hüquqlarının müdafiəsi, qadınlarımıza dövlət səviyyəsində göstərilən diqqət və qayğı Ulu Öndərimiz Heydər Əliyev ideyalarının məntiqi nəticəsidir.
Tədbirdə digər çıxış edən YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Azər Əliyev “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” mövzusunda çıxış edərək bildirdi ki, Bütün sahələrdə olduğu kimi Azərbaycan mədəniyyətinində çiçəklənməsi və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Digər çıxış edən YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Xəyalə Əliyeva “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda çıxış edərə Ümummilli Lider Heydər Əliyevin hələ sovetlər dönəmində doğma ana dilimizə və ədəbiyyatımıza, Azərbaycanın dilçi alimlərinə göstərdiyi diqqət və qayğıdan danışaraq qeyd etdiki bu gün doğma dilimizin qorunub saxlanmasıda məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Daha sonra YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin üzvü Xanım Əliyeva “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda çıxış etdi və bildirdi ki, millətin mənəvi dəyərlərinin daimi yaşaması, qorunması, unudulmaması yolunda fədakarcasına çalışmaq çox çətin olsa da Ulu Öndər bütün fəaliyyəti boyu bu missiyanı şərəflə yerinə yetirib. Keçmiş Sovet qurluşunun ağır təzyiqləri və diktələri altında çalışdığı illərdə belə Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması naminə çox gərəkli və cəsarətli addımlar atdı. O öz çıxışında qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən, gənclərlə işə böyük diqqət ayırmışdı. Yüzlərlə azərbaycanlı gənci keçmiş SSRİ-nin ən tanınmış universitetlərində təhsil almağa göndərmişdi. Məhz, həmin kadrlar da bu gün Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində əhəmiyyətli rol oynayırlar. Gənclərə etibar edən Ulu öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütəmadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Elə gənclərlə bu cür ünsiyyətin qurulması üçün ilk dəfə Ümummilli lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq, forumlar təşkil edildi.
Daha sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş inşa-yazı müsabiqəsinin qaliblərinə fəxri fərmanlar və YAP-a yeni üzv qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim olundu.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən video çarx nümayiş etdirildi.