Şriftin ölçüsü :

Saytın rəngi :

16.09.2024-cü il tarixdə Ağdamda Bilik Günü qeyd edilib

16 sentyabr 2024 | 13:29
16 sentyabr 2024-cü il tarixdə Respublikanın hər yerində olduğu kimi Ağdam rayonununda da Bilik Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir. Rayonunun Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbində baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam Rayon Təhsil sektorunun müdiri Tahir Abbasov, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak etmişlər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər məktəbin müəllim və şagird kollektivini yeni dərs ilinin başlaması münasibətilə təbrik etmiş, yeni tədris ilində onlara uğurlar arzulamışlar.
Tədbirin sonunda müəllimlər və valideynlər təhsilə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildimişlər.
Keçidlər