Şriftin ölçüsü :

Saytın rəngi :

16.06.2024-cü il tarixdə Ağdamda Qurban Bayramı qeyd olunub

16 iyun 2024 | 12:26

16 iyun 2024-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qurbanlıq heyvanların kəsimi həyata keçirilib. Rayonun məscidlərində xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi xatırlanıb. Sonra bayram namazı qılınıb və qurbanlıq heyvanlar kəsilib. Qurban Bayramı münasibətilə sanitariya qaydalarına uyğun olaraq kəsilən heyvanlar paylaşdırılaraq şəhid ailələrinə, imtiyazlı və aztəminatlı şəxslərə verilmişdir.

Keçidlər