Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Ümummilli Lider Heydər Əliyevin xatirəsində həsr olunmuş “Universal Döyüş” növü üzrə beynəlxalq turnir keçirilir

26 aprel 2015 | 10:00

23-26 aprel 2015-ci ildə Ağdam rayonunda Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin zalında Ümummilli Lider Heydər Əliyevin xatirəsində həsr olunmuş “Universal Döyüş” növü üzrə beynəlxalq turnir keçirilib. Turnirdə 6-sı xarici ölkə olmaqla ümumilikdə 450-yə qədər idmançı iştirak edib. Yarışın açılışında Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov, Millət vəkili Aqil Abbas, “Universal Döyüş” federasiyasının Prezidenti Azər Həsənov, idman sahəsində tanınan bir sıra digər şəxslər iştirak ediblər. Beynəlxalq turnirin açılışda ilk olaraq Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov çıxış edərək yarış iştirakçılarını və qonaqları Ağdam - Qarabağ torpağında salamlayaraq bela bir yarışın bizim rayonda keçirilməsinin böyük bir şərəf olduğunu bildirib. Qeyd edib ki, ermenistan silahlı qüvvələri tərəfində 77.8 faizi işğal olunmuş, ehalisinin çox hissəsi məcburi köçkün kimi müxtəlif rayonlarda məskunlaşmış, düşmənlə təmas xəttində yerləşən bir rayonda beynəlxalq yarışın keçirilməsi böyük bir hadisədir. Bu bir daha sübut edir ki, bizim xalqımız heçdə ruhdan düşməmiş və yaxın gələcəkdə öz doğma torpaqlarını düşməndən azad etməyə hazırdır. Daha sonra çıxış edənlər də yarıç barədə öz fikirlərini bildirərək turnir iştirakçıarına uğurlar arzulamışlar.

Keçidlər