“Ulu Öndər Heydər Əliyevin Çağdaş Azərbaycanın inkişafında oynadığı mühüm rolu” mövzusunda dəyirmi masa keçirilib
YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ağdam rayon Sosial-İqtisad Kolleci, Musiqi Kollecinin tələbərinin və bir sıra fəal gənclərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin həyat və failiyyəti, onun Çağdaş Azərbaycanın inkişafında oynadığı mühüm rolundan bəhs edən dəyirmi masa təşkil edilmişdir. Gənclərlə görüşdə ilk olaraq YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Azər Əliyev çıxış edərək, Ulu Öndərin həyat və fəaliyyətindən, onun ölkəmiz ücün gördüyü işlərdən, xalqımız, dövlətçiliyimiz naminə apardığı uğurlu siyasət barədə tələbərə məlumat vermişdir. Daha sonra YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev, Quzanlı qəsəbə ərazi icra nümayyəndəsi, YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədrinin müavini və İdarə Heyyətinin üzvü Xəyalə Əliyeva iştirak çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Respublikamızın çiçəklənməsində və müstəqilliyimizin daha da möhkəmləndirilməsindən, onun uğurlu daxili və xarici siyasətindən geniş məlumat verərək bugünkü gəncliyin məhz Heydər Əliyev siyasi xəttinin nəticəsində inkişafda olduğunu və onun siyasi xəttinin uğurlu davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də bu gün bu siyasətin davam etdirildiyini diqqətə çatdırmışdır.