Ağdamlıların ilərlə yolunu gözlədiyi icra başçısı - Raqub Məmmədov
Son vaxtlar bir sıra media numayəndələri Ağdam Rayon İcra Hakimiyyəti və onun başçısı Raqub Məmmədov haqqında həqiqət uyğun olmayan məlumatlar yayır
Bəzən eyni həqiqət olmayan yalanı bir neçə formaya salaraq o qədər tirajlayırlar ki, elə buradan da məqsədin nə olduğu aşkarlanır. Təbii, biz də anlayır və qəbul edirik ki, mətbuat əsasən tənqid üzərində bərqərardır və tənqiddən məhrum olan media orta əsrlərin “qılıncsız cəngavərləri” kimi gülünc olardı. Amma bu əsas verirmi ki, heç bir fakt olmadan yalanlar yazaraq kimlərinsə ictimai nüfuzuna xələl gətirilməyə cəhd edilsin, ictimai rəy çaşdırılsın, görmədən bilmədən ağılarına gələni yazsınlar və s.
Mətbuatın əsas vəzifələrindən biri də mövcud nöqsanları aşkaralayaraq ictimai müzakirəyə çıxarmaq və aşkarlanmış problemin həllinə töhfə verməkdir yoxsam ki yalan böhdan yazaraq qara yaxmaq deyil . Amma Ağdamla və Ağdam RİH başçısı Raqub Məmmədovla bağlı yazılarda biz nədənsə bu məqsədi görə bilmirik, ortada heç bir fakt yoxdu, sadəcə hansısa mülahizələrə əsaslanan quru söz yığınını hansısa gözü götürməyən birinin sifarişi var bu yazılarda…
Axı, həmin yazıların müəllifləri doğrudan da “həqiqət axtarışçıları” olsaydı, heç olmasa bircə dəfə gündə bir neçə “yazı” həsr elədikləri Ağdama Quzanlıya gəlsəydi. Onlar yazdıqları ilə reallıqların nə qədər uyğunsuz olduquna şəxsən şahidlik edər və heç bu yazıya da ehtiyac qalmazdı. Necə danmaq olar ki, Raqub Məmmədovun Ağdam rayonuna icra başçısı təyin olunduğu qısa müddət ərzində rayon son illərin ən dinamik inkişaf dövrünü yaşayır…
Yolar düzəlib, küçələr abadlaşıb, parklar salınıb. Tikinti, quruculuq işləri geniş vüsət alıb və Ağdam rayonu tikinti meydançasına çevrilib. Yağı düşmənlə nəfəs-nəfəsə dayanmış bu qəhrəman rayon həm döyüşür, həm də tikir - qurur abadlaşır gözələşir .
Ağdam cəbhə bölgəsində yerləşir - bunu 1 -ci sinifdə oxuyan uşaq da bilir. Bəs, sozdə güya jurnalist olan qos-qoca jurnalistlər onu da bilmirmi ki, cəbhə bölgəsində yerləşən rayon haqqında yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaq bizim maraqlara xidmət edə bilməz. KİV cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrimizlə bağlı daha diqqətli, daha dəqiq davranmalıdır - bunu bəzi həmkarlarıma bir daha xatırlatmaq məcburiyyətində qaldığım üçün üzgünəm…
Bəlkə ehtiyac yoxdu, amma yenə yada salmaq istərdim ki, Raqub Məmmədov zəngin idarəçilik təcrübəsinə malik olan icra başçılarından biridir . Əslən Ağdam rayonundan olan Raqub Məmmədov bu rayonun problemlərini hər kəsdən yaxşı bilir və həll edir . Bir qədər obrazlı ifadə etsək, onun məxsusi qəbul günü yoxdu, çünki istənilən vətəndaş istənilən vaxt gəlip icra başçısı ilə şəxsən görüşə, problemlərini açıq şəkildə ona deyə bilir.
Mətbuatın vəzifəsi isə dövlətinə, dövlətçiliyinə və xalqına güvənən belə məmurlara yardım göstərməkdir. Yoxsam şər böhtan yazaraq gecəsini gündüzünü vətəndaşdarına adamış Raqub Məmmədova ləkə atmaq deyil .
Sonda isə bəzi KİV nümayəndələrinə demək isdəyirəm ki, Cənablar, bunu edə bilmirsinizsə, heç olmasa mane də olmayın.