Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.

14 aprel 2015 | 10:00

14 aprel 2015-ci ildə Ağdam rayon Quzanlı qəsəbəsi Mədəniyyət evində Ağdam rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ruhunu yad etiblər. Daha sonra hesabat yığıncağının rəsmi hissəsi davam etdirilib.  Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı cənab Raqub Məmmədovun  məruzəsi dinlənilib. Ağdam rayon İcra Hakimiyyətinin Başçısı öz çıxışında ilk üç ay ərzində görülən işlər barədə hesabat iştirakçılarına geniş məlumat verərək qarşıda duran vəzifələri də diqqətə çatdırmışdır. Bildirmişdir  ki, hesabat dövründə rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Quzanlı qəsəbəsində mini futbol meydançası istifadəyə verilib, Heydər Əliyev prospektinin Ağcabədi rayonu istiqamətində geniş tikinti-abadlıq işləri aparılıb. Çay evinin və avtovağzalın tikintisi başa çatdırılıb. Üç ayda rayon ərazisində 30 mindən çox  müxtəlif növ ağac əkilib. Hazırda Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin, kənd təsərrüfatı idarəsi və 360 şagird yerlik litseyin binalarının, Xındırıstan kənd uşaq musiqi məktəbimnin, Evoğlu kəndində 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.
Digər çıxış edənlər məlumat verərək  bildirib ki, əhalinin içməli və suvarma suyuna olan təlabatının ödənilməsi üçün xeyli iş görülüb. Məcburi köçkün qəsəbələrində 2250 metr yeni su xətti çəkilib, 34 ədəd su nasosu, 6 ədəd transformator və 1500 metr su xətti təmir olunub.
Diqqətə çatdırılıb ki, birinci rübdə rayon üzrə ümumi məhsul istehsalının həcmi 18 milyon 164 min manat olub. Bu dövrdə 6 milyon 358 min manatlıq sənaye, 8 milyon 230 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 4 milyon 197 min manatlıq tikinti-quraşdırma işləri aparılıb.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahədə əldə olunan uğurlardan da ətraflı bəhs edilib, mövcud problemlərlə toxunulub, onların həlli və qarşıda duran vəzifələrdən danışılıb.

Keçidlər