Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin əhalinin kütləvi surətdə tibbi müayinədən keçirilməsinin təşkili ilə əlaqədar verdiyi tapşırıqlar Ağdam rayonunda uğurla icra olunur. Rayonda fevralın 2-dən bu günədək 52530-a yaxın vətəndaş tibbi müayinədən keçirilib.

03 aprel 2015 | 10:00

Prezident İlham Əliyevin əhalinin kütləvi surətdə tibbi müainədən keçirilməsinin təşkili ilə əlaqədar verdiyi tapşırıqlar Ağdam rayonunda uğurla icra olunur. Qeyd edək ki, bu günə qədər 52530 nəfər əhali müainədən keçirilmişdir. Onlardan 2396 nəfər ambulator, 128 nəfər stasianar, 80 nəfər isə respublikanın ixtisaslaşmış xəstəxanalarına müalicəyə göndərilmişdir. 3 aprel tarixdən isə Ağdamlı məcburi köçkünlərin kompakt yaşadığı Bakı şəhəri Abşeron rayonu Mehdiabad məcburi köçkün qəsəbəsində, rayon Mərkəzi Xəstəxanasının terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssislərindən təşkil olunmuş ixtisaslı həkim briqadası tərəfindən əhalinin müainədən keçirilməsi aksiyasına başlanılmış və uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq keçirilən bu xeyirxah aksiya əhali tərəfindən böyük razılıqla qarşılanır.

Keçidlər