Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart hadisələri erməni daşnaklarının bolşeviklərlə birlikdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətidir

31 mart 2015 | 10:00

Ağdam rayonunun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında Azərbaycanlıların Soyqırımı Günü müxtəlif tədbirlərlə qeyd edilir. Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon İcra Hakimiyyətinin konfrans zalında soyqırımı günü ilə bağlı martın 31-də tədbir keçirilib. Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr haqqında geniş məlumat verib. Bildirilib ki, həmin hadisələr əslində erməni daşnaklarının bolşeviklərlə birlikdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətidir. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə həyata keçirilən bu qırğın nəticəsində erməni faşistləri on minlərlə azərbaycanlını qətlə yetirmiş, öz torpaqlarından qovmuşlar.
Sonra tədbirdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar, Azərbaycanlılara qarşı repressiya və deportasiya aktlarının həyata keçirilməsi,  XX əsrin 80-ci illərinin sonları, 90-cı illərin əvvəllərində Azərbaycanın ərazi bütövlüyünə soyqırımla müşahidə olunan işğalı mövzularında məruzələr dinlənildi.
Məruzəçilər 1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının törətdikləri soyqırımına, erməni vəhşiliyinə dair məqamlara diqqət yönəltdilər. Qeyd olundu ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli və “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanları bu sahədə çox dərin və dəyərli elmi mənbə olmaqla, həm də hər birimiz üçün aktuallığını heç zaman itirməyən fəaliyyət proqramıdır.
Bildirildi ki, bu gün erməni böhtanlarının ifşası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipial siyasət həyata keçirilir. Bu sahədə Heydər Əliyev Fondunun da misilsiz xidmətləri vardır.
Sonda diqqətə çatdırıldı ki, mənfur qonşularımızın böhtan və şayiələrinə, hər cür həmlələrinə hazır olmaq üçün tariximizi daha dərindən öyrənməli və bundan nəticə çıxarmalıyıq.

Keçidlər