Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayon İcra Hakimiyyətində fəal Gənclərlə görüş keçirilmişdir

11 mart 2015 | 11:00

11 mart 2015-ci ildə Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədovla Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri və gənc fəalları ilə görüş keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov Gənclərə Öz tövsiyələrini bildirmiş, onlara vətəndaş kimi formalaşmağı, dövlət və dövlətçiliyə sadiq olmağı məsləhət vermişdir. Raqub Məmmədov öz çıxışında qeyd etmişdir ki, bu günkü gənclik Ulu Öndər Heydər Əliyevin həyat irsini dərindən öyrənməli və özü üçün lazımı tərəflərini götürməlidir. O öz çıxışında ulu önədər  Heydər Əliyevin həyat irsinin zəngin olduğunu bildirərək, bütün gəncliyin bu irsdən kifayət qədər yararlanmalı olduğunu qeyd etmişdir. Daha sonra bildirmişdir ki, elə gənclərimiz varki onlarla daimi görüşlər keçirilməli, onların bəzi səhv yollardan çəkindirmək üçün çox böyük işlər aparılmalıdır. Onlarla mütəmadi  görüşlər təşkil olunmalı, məruzələr oxunmalı, lazımı məsləhətlər verilməlidir ki, dövlətə lazımı vətəndaş kimi yetişsinlər. Rayon İcra Hakimiyyətinin Başçısı öz çıxışında erkən nigahların qarşısının alınması üçün gənclərin daha çox işin aparılmalı olduğün diqqətə çatdırmaqla bərabər, bu kimi halların qarşısının alınması üçün lazımı təbliğat işlərinin aparılmalı olduğun qeyd etmişdir. Onuda bildirmişdir ki, gənclər olaraq bayram tədbirlətrinin, hüzn günlərinin təşkilində fəallıq gösdərilməli, təşəbbüslər verilməlidir. Daha sonra tədbirdə iştirak edən gənclər rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədova bela bir görüşə vaxd ayırdığı üçün öz təşəkkürlərini bildirmiş və gələcəkdə verilən məsləhətlərin layiqincə yerinə yetirilməsi üçün var gücləri ilə çalışacaqlarını bildirmişlər. Tədbirin sonunda rayon İcra Hakimiyyətinin Başçısı  gənclərlə xatirə şəkli çəkdirmişdir

Keçidlər