Şəki rayonunda müvəqqəti məskunlaşmış ağdamlı məcburi köçkünlərlə görüş keçirilmişdir.
Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi Şəki rayonunda müvəqqəti məskunlaşmış ağdamlı məcburi köçkünlərlə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışdır. “Karvansaray” kompleksində keçirilən görüşdə Şəki və Ağdam rayonlarının rəhbərliyi, idarə, müəssisə, təşkilatların, ərazi icra nümayəndələri də iştirak etmişlər. Tədbirdə çıxış edənlər Şəki rayonunda məskunlaşmış məcburi köçkünlərə göstərilən qayğıdan, problemlərinin həlli istiqamətində görülən işlərdən, Ağdam rayonun işğal olunmamış və işğaldan azad edilmiş ərazilərində aparılan geniş quruculuq və abadlıq işlərindən, məcburi köçkünlərin problemlərinin həlli,sosial rifahının və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar. Bildirilmişdir ki, hazırda Şəki rayonunda Ağdamdan olan 245 məcburi köçkün ailə (1050 nəfər) məskunlaşmışdır.
Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi məcburi köçkünlərin müraciətlərini dinləmiş, qaldırılmış məsələlərin qısa zamanda həlli üçün əlaqədar təşkilatların təmsilçilərinə tapşırıqlar verilmişdir.
Məcburi köçkünlər onların sosial-məişət problemlərinin həlli istiqamətində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda Ağdamın “Şur” ansamblının ifasında konsert proqramı təqdim olunmuşdur.