Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilmişdir.

03 mart 2015 | 11:00

Martın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının Gənclər Birliyinin IV konfransı keçirilib. YAP rayon təşkilatının üzvləri konfransdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra  konfrans Ağdam Musiqi Kollecinin zalında davam etdirilib. Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının Gənclər Birliyinin IV konfransında Preziden Administrasiyası İctimai-Siyasi məsələlər şöbəsinin Sektor müdiri Qafar əliyev, YAP mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, Ağdam  Rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədov, YAP Ağdam rayon ərazi ilk partiya təşkilatı sədrləri, Gənclər iştirak və çıxış ediblər. Konfransı  YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev  açaraq gündəlikdə duran məsələrlə konfrans iştirakçılarını tanış etdi. Daha sonra konfransda iştirak edən qonaqlar, gənclər çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəaliyyətindən danışıblar. Bildirilib ki, YAP Gənclər Birliyi respublikamızın öndə gedən gənclər təşkilatıdır. Partiya üzvlərinin 254 min nəfərini gənclər təşkil edir. Tədbirdə YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin hesabatı dinlənilib. Məlumat verilib ki, rayon təşkilatının 5 min 927 nəfər üzvündən 1741-i gənclərdir. Hesabat ətrafında rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, Ağdam rayon Quzanlı qəsəbə ərazi nümayəndəsi Xəyalə Əliyeva, Partiya fəalı Elmir Rüsdəmov  çıxış etdilər. Sonra rayon təşkilatı Gənclər Birliyi 21 nəfərdən ibarət Şurasının və 11 nəfərdən ibarət  İdarə Heyətinin yeni tərkibinın seçilməsi təklif edilib. Konfrans iştirakçılarının yekdil qərarı ilə YAP rayon təşkilatı Gənclər Birliyi Şurasının və İdarə Heyətinin yeni tərkibi seçilib. Daha sonra  digər təşkilatı məsələ olan YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri seçilməsi məsləsi konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Konfrans iştirakçılarının təklifi əsasında 1985-ci il təvəllüdlü, ali təhsilli,  Ağdam  rayon Mədəniyyət və Turizm şöbəsinin müdir müavini  vəzifəsində işləyən Əliyev Azər  Asif oğlu YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri seçililib.
  Konfransda YAP Ağdam  rayon təşkilatı   üzvlərindən YAP Gənclər Birliyinin IV konfransına nümayəndələr seçilib. Tədbirin sonunda YAP sıralarına yeni üzv olan bir sıra gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib.

Keçidlər