Şriftin ölçüsü :

Saytın rəngi :

TSEK-in Ağdam şöbəsi yeni inzibati binada

25 fevral 2015 | 11:00

Komissiyanın iş şəraitinə, göndərişlərin elektron şəkildə qəbul olunması prosesinə baxış keçirilib

Bölgələrdə əhaliyə tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və əlillik müayinələrinin müasir tələblərə uyğun şəraitdə aparılmasının təmin olunması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 22 (Ağcabədi və Ağdam) Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) üçün yeni inzibati binanın açılışı olub. ƏƏSMN-nin müavini Natiq Məmmədov bildirib ki, hazırda həmin komissiyalarda əhaliyə xidmət şəraitinin müasir tələblərə uyğun qurulması üçün müvafiq işlər aparılır: “Ötən ilin ortalarından bu vaxta qədər artıq 18 TSEK yeni inzibati binalarla təmin olunub”.

Tədbirlər zamanı TSEK üçün yaradılmış iş şəraiti, müayinə avadanlıqları, göstərilən tibbi-sosial ekspertiza xidməti və müvafiq göndərişlərin elektron şəkildə qəbul olunması prosesinə baxış olub. Komissiyanın işçilərinə əhaliyə xidməti layiqli səviyyədə, şəffaf şəkildə həyata keçirmək, əlilliyi olan şəxslərin reabilitasiyasını bərpa mərkəzləri ilə əlaqəli şəkildə qurmaqla bağlı tapşırıqlar verilib.

Keçidlər