Şriftin ölçüsü :

Saytın rəngi :

14.06.2024-cü il tarixdə Ağdamda 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

14 iyun 2024 | 17:05

14 iyun 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, başçının müavini Xəqani Nəzərov, aparatın əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları iştirak etmişlər. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra istər daxili, istərsə də xarici siyasətdə mühüm yeniliklərin baş verməsindən, Ümummilli liderin kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsindən, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasından bəhs etmişlər.

Keçidlər