2 fevral Gənclər günü münasibətilə Ağdam rayonunda Ümumrayon tədbiri keçirilmişdir.
2 fevral Gənclər günü münasibətilə Ağdam rayon Gənclər İdman İdarəsinin və Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quzanlı qəsəbəsindəki mədəniyyət evində tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar.
Bayram tədbirini giriş sözü ilə Ağdam rayon İcra Hakimiyyəti Başçısının müavini Ağa Zeynalov açmışdır. O, tədbir iştirakçılarını və bütün gəncləri rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədovun adından təbrik etmiş, onlara işlərində və fəaliyyətlərində uğurlar arzulamışdır. Ağa Zeynalov çıxışında 2 fevral Gənclər gününü məhz Ulu Öndər Heydər Əliyevin gənclərə verdiyi dəyərin bir nümunəsi olduğunu qeyd edərək onun sayəsində bu günün qeyd edildiyini bildirmişdir. O, öz çıxışında qeyd etmişdir ki, Ulu Öndərin gənclərə verdiyi dəyərin və bu gündə məhz möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hər il yüzlərlə gənc dünyanın bir sıra Ali məktəblərində təhsil alaraq vətənə, dövlətə layiqli kadr kimi yetişir. Ağa Zeynalov bildirmişdir ki, bu siyasətin bariz nümunəsi kimi möhtərəm cənab Prezidentimiz İlham Əliyevin bu günlərdə imzaladığı “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamıni gösdərmək olar. Bu sərəncam sayəsində gələcəkdə ölkə gənclərinin daha da səmərəli fəaliyyəti təşkil olunacaqdır.
Daha sonra Ağdam rayon Gənclər və İdman İdarəsinin 2014-cü ildə gördüyü işləri özündə əks etdirən videorolik nümayiş etdirilmişdir. Gənclər İdman İdarəsinin rəisi Elnur Əhmədov hesabat məruzəsi ilə çıxış edərək ötən 2014-cü ildə gördükləri işləri tədbir iştirakşılarının diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, ötən il ərzində rayon Gənclər İdman İdarəsi tərəfindən bir sıra fəal gənclərin iştirakı ilə respublikanın müxtəlif yerlərinə ekskursuya səfərləri təşkil edilmiş, gənclər arasında hrəbi vətənpərvərlik hisslərinin yüksəldilməsi üçün bir sıra tədbirlər keçirilmişdir.
Yığıncaqda çıxış edən gənclər bu günün önəmindən, ölkəmizdə gənclərə olan diqqət və qayğıdan söz açmışlar. Bildirmişlər ki, məhz Ulu Öndər Heydər Əliyevin və onun siyasi xəttinin uğurlu davamçısı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin gənclərə verdiyi diqqətin, onların fəal bir vətəndaş kimi yetişməsinə yönəldilən qayğının önəmindən danışmışlar.
Tədbirin sonunda bir sıra gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük biletləri, Gənclər İdman İdarəsinin fəxri fərman və hədiyyələri təqdim olunmuş, Ağdam Musiqi Kollecinin tələbələrinin təşkil etdiyi konsert proqramı nümayiş etdirilmişdir.