Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunun Ballar kəndində tibb məntəqəsi istifadəyə verilib

25 dekabr 2014 | 11:00

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində Ağdam rayonunun Ballar kəndində yeni inşa olunmuş tibb məntəqəsi sakinlərin ixtiyarına verilib.

Açılış mərasimində çıxış edənlər kənd sakinlərini təbrik edib, Ağdam rayonunda bütün sahələr kimi, səhiyyənin də maddi-texniki bazasının müasirləşdirilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Qeyd olunub ki, son illər mərkəzi rayon xəstəxanası, uşaq xəstəxanası, doğum evi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası üçün yeni binalar tikilib istifadəyə verilib, poliklinika şöbəsi əsaslı təmir olunub, səhiyyə müəssisələri müasir avadanlıqlarla təmin edilib.
Tədbirdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Daha sonar Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edtmiş,  kənd sakinlərini təbrik edərək tibb məntəqəsinin açılışını bildirən rəmzi qirmizi lenti kəsərək, iştirakçılarla birgə tibb məntəqəsində yaradılan şəraitlə tanış olmuşlar. Lazımi avadanlıqla təmin olunmuş binada əhaliyə tibb xidməti göstərmək üçün hər cür şərait yaradılıb.

Keçidlər