Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı tərəfindən irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib

04 dekabr 2014 | 11:00

03 dekabr 2014-cü il tarixdə Quzanlı qəsəbəsində Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı tərəfindən irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədlərlə Milli Məclisin deputatları  Bəxtiyar Sadıqov, Elman Məmmədov,  Tahir Rzayev  və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirakı ilə  görüş keçirilmişdir. Görüşdə həmçinin Yeni Azərbaycan Partiyasının Seçki  Qərərgahının Ağdam rayon şöbəsinin üzvləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının və  Seçki  Qərərgahının Ağdam rayon şöbəsinin sədri İsgəndər Quliyev açdı. Bələdiyyə seçkilərinə hazırlıqla bağlı qonaqlara  geniş məlumat verdi.
Daha sonra Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Elman Məmmədov,  Tahir Rzayev  çıxış etdi.
Namizədlərlə ətraflı söbət apardılar. Onlara bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinin yüksək fəallıq gösdərməli olduğunu bildirdilər. Qeyd etdilər ki, partiyamızın bütün namizədləri çalışmalıdır ki yerli özünüidarətmə orqanı olan bələdiyyələrə keçiriləcək seçkilərdə seçicilərin səsini qazanmaları üçün öz üzərlərində çox işləməli və xalqa xidmət etməyi vacib bilməlidirlər. Daha sonra namizədlər onları maraqlandıran məsələlərlə əlaqədar suallar verdilər, onların sualları ətraflı cavablandırıldı.

Keçidlər