Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.

03 dekabr 2014 | 11:00

3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbirdən əvvəl bir qrup Əlillər Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gələrək gül dəstələri qoymuş və xatirəsini dərin ehtiramla yad etmişlər. Daha sonar rayon İcra Hakimiyyətinin nümayəndələrinin içtirakı ilə bir qrup əlilə yardımlar edilmiş, bir qrupu isə evində ziyarət olunmuşdur.

Əlillər onlara göstərilən dövlət qayğısından razılıqıarını bildirərək, gündən-günə tərəqqi edən Azərbaycanda əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirləri yüksək dəyərləndiriblər.

Qeyd edək ki, son vaxtlar Ağdam rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli bina və bir neçə fərdi ev tikilərək istifadəyə verilib. Bir neçə fərdi evin isə inşasına başlanılmışdır.

Keçidlər