Şriftin ölçüsü :

Saytın rəngi :

Açıq dərsdə Ulu Öndərin respublikamızın tərəqqisi yolundakı əvəzsiz tarixi xidmətlərindən bəhs edilib

03 dekabr 2014 | 11:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün müəyyən olunmuş mövzular üzrə açıq tarix dərsləri davam edir.
Növbəti dərsdə Əfətli kənd tam orta məktəbinin XI sinif şagirdləri iştirak ediblər. Məktəblilər əvvəlcə Ümummilli Liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən sənədli filmə baxıb, Ulu Öndərlə bağlı eksponatlarla, foto və kitablarla tanış olublar.
İmamqulubəyli kənd tam orta məktəbinin tarix müəllimi Azər Qaraşovun apardığı və “1969-1982-ci illərdə Azərbaycanda iqtisadi və sosial dirçəliş sahəsində nailiyyətlər” mövzusunu əhatə edən açıq dərsdə Ulu Öndərin respublikamızın tərəqqisi yolundakı əvəzsiz tarixi xidmətlərindən söhbət açılıb. Bildirilib ki, Azərbaycanda 1969-1982-ci illərdə Ulu Öndərin rəhbərliyi ilə yeridilən iqtisadi və sosial siyasət nəticəsində sənaye, energetika, tikinti, elm, təhsil, səhiyyə, mədəniyyət inkişaf edib, kənd təsərrüfatında böyük uğurlar qazanılıb.
Gələn il mayın 6-dək davam edəcək açıq dərslərdə rayon ərazisində olan 30 ümumtəhsil məktəbinin 783 nəfər XI sinif şagirdi iştirak edəcəkdir.

Keçidlər