Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda məhsul yığımı davam edir

26 sentyabr 2012 | 10:00

Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 15 min 869 hektarda buğda, 2 min 546 hektarda arpa, 550 hektarda dən üçün qarğıdalı, 186 hektarda pambıq, 41 hektarda günəbaxan, 67 hektarda şəkər çuğunduru, 440 hektarda kartof, 2 min 197 hektarda tərəvəz, 227 hektarda bostan bitkiləri, 2 min 263 hektarda təzə yonca, 105 hektarda yem çuğunduru, 202 hektarda yem üçün qarğıdalı əkmişlər.Taxıl biçinini uğurla başa çatdıran torpaq mülkiyyətçiləri 52 min 830 ton məhsul tədarük etmişlər. Bundan əlavə indiyədək 7 min 100 ton kartof, 14 min 850 ton tərəvəz, 1400 ton bostan məhsulu, 388 ton meyvə yığılmışdır.
Təsərrüfatlarda məhsul yığımı davam edir
 

Keçidlər