Şriftin ölçüsü :

Saytın rəngi :

I “Ümumrespublika yaşıllaşdırma” marafonuna qoşulan Ağdam rayonunda ağacəkmə kampaniyası uğurla davam edir

24 noyabr 2014 | 11:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə noyabrın 5-də start verilən I “Ümumrespublika yaşıllaşdırma” marafonuna qoşulan Ağdam rayonunda ağacəkmə kampaniyası uğurla davam edir.
   Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun, RİHB-nin kənd və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, kənd və qəsəbə bələdiyyələrinin, idarə, müəssisə və təşkilatlarının iştirakı ilə rayonda bu layihənin reallaşması istiqamətində növbəti ağacəkmə   kompaniyası həyata keçirilmişdir. Rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə bu günədək 35320 ədəd ağac kolları əkilmişdir.  Tədbirin mütəşəkkil şəkildə keçməsindən aydın hiss olunurdu ki,  “İDEA” İctimai Birliyinin bu nəcib təşəbbüsü hamının və hər kəsin ürəyincədir. Ağdam rayonunda , “İDEA” İctimai Birliyinin I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə kampaniyası bundan sonra da mütəşəkkil surətdə davam etdiriləcəkdir.

Keçidlər