Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağdam rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 22 illiyi münasibətilə tədbir keçirilmişdir.

20 noyabr 2014 | 11:00

20 noyabr 2014-cü ildə YAP Ağdam rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 22 illiyi münasibətilə tədbir keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyublar.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının idarə heyyəti və şura üzvləri, idarə, müəssisə rəhbərləri, ilk partiya təşkilatı sədrləri, hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər. Tədbirdə İlk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Yığıncağı giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatınn sədri İsgandar Quliyev açaraq YAP-ın yarandığı 22 illik bir dovrdə gördüyü işlərə diqqət çəkmişdir. O, öz çıxışında qeyd etmişdir. Fəxrlə demək olarki, Yeni Azərbaycan Partiyası 22 illik bir dövrdə Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində vətəndaş cəmiyyəti quruculuğunda ən fəal , ən qabaqcıl bir siyasi rol oynamaqla bu istiqamətdə mühüm tarixi əhəmiyyətli işlər görmüşdür. Təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Cənab prezident İlham Əliyevin sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 22 il ərzində Azərbaycanın ağrılı-acılı, kədərli günlərində Azərbaycanın dağılması, parçalanması dövründən bu günki inkişafına qədər çox şərəfli və çətin bir yol keçib. Dövlətçiliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, iqtisadi və bu günki tərəqqisinin əldə olunmasında müstəsna rol oynamaqla bərabər ən mütəşəkkil, ən güclü və nüfuzlu , ən qabaqcıl və tərəqqipərvər siyasi partiya olduğunu  Azərbaycan xalqı qarşısında xidmətləri və əməlləri ilə təsdiq etmişdir.
İsgəndər Quliyev öz çıxışında bildirmişdir ki, Partiyamızın yaradılmasının 22-ci ildönümü ölkəmizin tarixinə əlamətdar bir hadisə kimi daxil olan bir dövrə təsadüf edir. Bəli noyabr ayı əslində ölkəmiz üçün bayramlar ayıdır. 9 noyabr  Dövlət Bayrağı günü müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ,17  noyabr Milli Dirçəliş Günü nəhayət 21 noyabr Yeni Azərbaycan Partiyasının yaranması günüdür.
Daha sonra İsgəndər Quliyev qeyd etdiki,  qarşıdan çox mühüm siyasi kompaniya olan Bələdiyyə seçkiləri gəlir. Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da Bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri gedir. Bizi qarşıda geniş təbliğat kompaniyası gözləyir. Çalışacayıq ki, partiya olaraq namizədlərimizi lazımınca müdafiə edərək bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının qələbəsini təmin edək. Bunun üçün hər bir partiya üzvündən və bizim hər birimizdən böyük siyasi fəallıq tələb olunur. Eyni zamanda əminliklə deyə bilərəm ki, məqsədimizə nail olacayıq.

      Daha sonra çıxış edən YAP Ağdam rayon təşkilatı Qadınlar Şurasının sədri Mətanət Misirxanova 22 illik tarixı diqqət çəkərək bu qısa , həmdə böyük bir dövrdı partiyanın Azərbaycan xalqı qarşısında gördüyü işləri cox yüksək dəyərləndirmişdir.O qeyd etdi bu dövr ərzində Yeni Azərbaycan Partiyasının dövlətçilik uğrunda yorulmadan xidmət etmiş və öz uğurlu işi ilə ölkəmizi dünya miqyasında tanıtmağa nail olmuşdur.
      Məruzə ətrafında YAP üzvü, 148 saylı köçkün tam orta məktəbin direktoru Hüseyn Bayramov, rayon təşkilatının Şura üzvü Laura Ağayeva Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqı və dövləti qarşısında gördüyü işləri yüksək qiymətləndirmişlər.
YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Xətayi Abdullayev  öz çıxışında qeyd etdi  ki, Bütün zamanlarda ictimai proseslərin önündə yer alan, müstəqil Azərbaycanın tarixində keçirilən seçkilərdə hər zaman böyük qələbələr qazanan Yeni Azərbaycan Partiyası öz uğurlarını həmişə xalqla olan vəhdətindən əldə etmişdir.
Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan  Partiyasının sədri  cənab İlham Əliyevə təbrik məktubu ünvanlandı.

Keçidlər