Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın çətin və şərəfli müstəqillik yolu

18 oktyabr 2014 | 10:00

18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə bağlı Ağdam rayonunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək önünə gül-çiçək qoyublar.
Ağdam Musiqi Kollecində keçirilən tədbirdə çıxış edənlər 23 il əvvəl dövlət müstəqilliyinin bərpasından, Azərbaycanın həmin dövrdə qarşılaşdığı çətinliklərdən danışıblar. Çıxışlarda 1990-cı illərin əvvəllərində ölkədəki ictimai-siyasi proseslər, hökm sürən özbaşınalıq, xaos və anarxiya, Ermənistanın respublikamıza qarşı apardığı qəsbkarlıq müharibəsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsi bir daha yada salınıb. Bildirilib ki, xalqımızın və dövlətimizin belə bir çətin vaxtında – 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb və möhkəmləndirilib, dövlət quruculuğu və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası sahəsində mühüm işlər görülüb.
Qeyd olunub ki, müstəqil Azərbaycan respublikasının memarı Heydər Əliyevin dövlət quruculuğu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə iqtisadi, siyasi, sosial, mədəni və hərbi sahədə böyük uğurlara nail olunub, respublikamız regionun aparıcı dövlətinə çevrilib.
Tədbir rəngarəng bayram konserti ilə davam etdirilib.

Keçidlər