Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının yaradılmasından 21 il keçir

22 sentyabr 2014 | 10:00

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının yaradılmasından 21 il keçir.Bu münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etdilər.Ağdam Musiqi Kollecində partiya fəallarının, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev ötən əsrin 90-cı illərinin əvvəllərindəki ictimai-siyasi proseslərdən, ölkənin ağır vəziyyətindən bəhs etdi. Bildirdi ki, YAP tariximizin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə dahi siyasi xadim Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ziyalılarının təşəbbüsü ilə yaranıb. Hakimiyyət çəkişmələri, dövlətin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir şəraitdə Azərbaycan ziyalıları ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə görkəmli dövlət və siyasi xadim Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Heydər Əlirza oğlu Əliyev partiyanın sədri seçildi. Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi təşəkkül tapmasında və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-ın yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu YAP-ın yaradılması müstəqillik tariximizin şanlı səhifələrindəndir.
Bildirildi ki, ölkəmizin ağır günlərində - 1993-cü ildə yaradılan YAP Ağdam rayon təşkilatı bu gün 80 ərazi ilk partiya təşkilatında 5744 nəfər üzvü özündə birləşdirir. Onlardan 2340 nəfəri qadınlar, 1629 nəfəri gənclərdir. YAP Ağdam rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal iştirak edir.
Yığıncaqda çıxış edənlər partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik edərək, partiyanın keçdiyi inkişaf yolu, Azərbaycanın bugünkü uğurlarındakı xidmətlərindən danışdılar.
Tədbirdə partiya sıralarına yeni qəbul olunan gənclərə YAP-ın üzvlük vəsiqələri təqdim edildi.

Keçidlər