Ağdamda növbəti əmək yarmarkası keçirildi
12 sentyabr 2014-cü ildə Ağdam rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirildi.
Quzanlı Olimpiya İdman kompleksində keçirilən yarmarkanın açılış mərasimində çıxış edənlər ölkədə və Ağdam rayonunda gedən sosial-iqtisadi inkişafdan, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə həyata keçirilən tədbirlərdən danışdılar.
Əmək yarmarkasınsda 26 idarə, müəssisə və təşkilat tərəfindən 205 boş iş yeri təqdim olundu. İş yerləri üzrə 110-350 manat məbləğində əmək haqqı təklif edildi. Yarmarkada iştirak edən 300-ə qədər işaxtaran vətəndaşdan 80-i öz istəyinə və ixtisasına uyğun işə göndəriş aldı.