Şriftin ölçüsü :

Saytın rəngi :

11 oktyabr 2022-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak edib

11 oktyabr 2022 | 18:44
11 oktyabr 2022-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi şəhidi Məhəmmədəlizadə Məhəmmədəli Asif oğlunun anım mərasimində iştirak edib.
RİH başçısı şəhidin Ağdam rayonunun İkinci Dördyol qəsəbəsində müvəqqəti məskunlaşmış ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Həmçinin anım mərasimində iştirak edən qazilərlə görüşən RİH başçısı onların səhhəti ilə maraqlanmış, problemlərin dinləmişdir.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Məhəmmədəli Məhəmmədəlizadə 2020-ci il oktyabrın 8-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Ağdam rayonu ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, oktyabrın 11-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Vətən müharibəsi şəhidi Məhəmmədəli Məhəmmədəlizadə ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.
Keçidlər