Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda konfrans keçirilmişdir

25 iyun 2014 | 10:00

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə YAP Ağdam rayon təşkilatının şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, idarə, müəssisə rəhbərləri, rayon ağsaqqalları və gənclər iştirak etmişlər.
YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda məruzə edərək Ulu Öndərin xalqımız qarşısında əvəzsiz tarixi xidmətlərindən danışmışdır.
Bildirilmişdir ki, Azərbaycanın bugünkü inkişafı məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir. Odur ki, qədirbilən xalqımız müstəqil Azərbaycan dövlətinin memarı, böyük siyasi xadim Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü böyük təntənə ilə qeyd edir.
Konfransda digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsindəki rolundan, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən bəhs etmişlər.
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilmişdir.

 

Keçidlər