Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Ağdamda təntənəli qeyd edilmişdir

02 may 2014 | 10:00

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Ağdamda təntənə ilə qeyd edilmişdir.
Tədbirdə iştirak edən rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə tər çiçəklər düzmüş, dahi şəxsiyyətə öz sevgi və məhəbbətlərini bildirmişlər.
Axşam saatlarında Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda möhtəşəm bayram konserti təşkil edilmişdir.
Konsertdə rayonun minlərlə sakini respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləmişlər.
Meydana toplaşanlar konsertdən sonra möhtəşəm bayram atəşfəşanlığını seyr etmişlər.

 

Keçidlər