Xalq Artisti Nisə Qasımova cəbhə bölgəsində əsgərlər üçün konsert vermişdir
Azərbaycanın Xalq Artisti Nisə Qasımova 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlər üçün konsert vermişdir.
Nisə Qasımova torpaqlarımızın keşiyində duran əsgər və zabitləri Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulamışdır.
Xalq Artisti əsgərlər qarşısında geniş konsert proqramı ilə çıxış etmişdir. Təqdim edilən rəngarəng musiqi nömrələri əsgərlərin sevincinə səbəb olmuşdur.
Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti gözəl konsert proqramına görə Nisə Qasımovaya minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, bu cür tədbirlər düşmənlə üz-üzə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artırılmasında böyük rol oynayır.
Sonda hərbi hissə rəhbərliyi adından Xalq Artisti Nisə Qasımovaya fəxri fərman təqdim edilmişdir.