Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcıdır

15 iyun 2014 | 10:00

Quzanlı qəsəbəsindəki Ağdam Dövlət Dram Teatrında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla anmışlar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ağa Zeynalov, Milli Məclisin deputatı Elman Məmmədov və başqaları 21 il əvvəl respublikamızın ictimai-siyasi həyatında baş vermiş hadisələrdən söhbət açmışlar. Bildirilmişdir ki, 90-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq qarşıdurmaya, hərc-mərcliyə son qoymuş, respublikada siyasi sabitliyə nail olunmuşdur.
Çıxışlarda 1993-cü ilin 15 iyunu müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilmiş, Ümummilli Liderin ölkəmizin parlaq gələcəyi naminə müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.
Tədbir konsert proqramı ilə davam etmişdir. İştirakçılar Xalq Artisti Nisə Qasımovanın ifasında təqdim olunan musiqi nömrələrini böyük maraqla dinləmişlər.

 

Keçidlər