Şriftin ölçüsü :

Saytın rəngi :

08 noyabr 2025-ci il tarixdə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Ağdamda seçiciləri ilə görüşüb

08 noyabr 2025 | 19:36

08 noyabr 2025-ci il tarixdə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla birlikdə rayonun işğaldan azad olunmuş Çullu kəndindən olan bir qrup keçmiş məcburi köçkünlə görüşüb. Görüş zamanı Böyük Qayıdışa dair I Dövlət proqramı çərçivəsində köçlə bağlı onları narahat edən məsələlər müzakirə edilmiş, sakinləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılmışdır. Milli Məclisin deputatı Bəxtiyar Əliyev daha sonra rayonun İmamqulubəyli kəndində seçiciləri ilə görüşüb. Görüşdə iştirak edən vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı qeyd olunub.

Keçidlər