Şriftin ölçüsü :

Saytın rəngi :

05.03.2024-cü il tarixdə Ağdamda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib

06 mart 2024 | 10:32
05 mart 2024-cü il tarixdə Araz şadlıq sarayında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov Azərbaycan qadınlarının Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamalarından, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmasından, onun siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yerinin və nüfuzunun daha da artmasından bəhs edərək tədbirdə iştirak edən qadınları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik etmiş, hər birinə cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulamışdır.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, tədbirin təşkilatçılığına görə isə Rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.
Sonda tədbirdə iştirak edən qadınlara RİH başçısı Vaqif Həsənov tərəfindən bayram hədiyyələri təqdim edilib.
Keçidlər