Şriftin ölçüsü :

Saytın rəngi :

04 sentyabr 2022-ci il tarixində Ağdamda Vətən Müharibəsi şəhidinin xatirəsi anılıb

05 sentyabr 2022 | 09:11
04 sentyabr 2022-ci il tarixdə Ağdam rayonunda Vətən Müharibəsi şəhidi İsizadə Elvin Azim oğlunun doğum günündə xatirəsi anılıb. Anım mərasimində şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Mərasim iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Qeyd edək ki, Elvin Azim oğlu İsizadə 4 sentyabr 2001-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 26-da Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Elvin İsizadə ölümündən sonra ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Keçidlər