Şriftin ölçüsü :

Saytın rəngi :

02.10.2026-cı il tarixdə Ağdamda Beynəlxalq Müəllimlər Günü qeyd edilib

02 oktyabr 2026 | 19:05

02 oktyabr 2026-cı il tarixində Ağdam Muğam Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, rayonun ümumtəhsil, məktəbəqədər təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin rəhbərləri, müəllimlər, yüksək bal toplayan məzunların valideynləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə etmişlər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının və dünyasını dəyişmiş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər ölkəmizdə müəllimlər gününün 1993-cü ildən qeyd edilməyə başlanmasından, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müəllim əməyini yüksək qiymətləndirməsindən, dövlət başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərin uğurla yerinə yetirilməsindən bəhs etmişlər.

Daha sonra bir qrup təhsil işçisi Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılmışdır.

Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, IX "Muğam" Televiziya Müsabiqəsinin qalibi Əhəd Ağayevin, Ağdam Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilmişdir.

Keçidlər