Şriftin ölçüsü :

Saytın rəngi :

01 iyun 2022-ci il tarixdə Ağdam rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Şəhid ailələri və onların azyaşlı övladları ziyarət edilmişdir.

01 iyun 2022 | 20:10
01 iyun 2022-ci il tarixdə Ağdam rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Şəhid ailələri və onların azyaşlı övladları ziyarət edilmişdir.
Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ərazisində yaşayan şəhid ailələri və onların azyaşlı övladları ziyarət edilmiş, qayğıları və problemləri ilə maraqlanılmış, uşaqlara hədiyyə və sovqatlar təqdim olunmuşdur.
Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov və YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev şəhid ailələrini və onların övladlarını ziyarət edərək qayğıları ilə maraqlanmışlar. Ziyarət zamanı qeyd olunmuşdur ki, Azərbaycanda uşaqların müdafiəsi, onlara diqqət və qayğı göstərilməsi istiqamətində böyük işlər görülüb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin hazırda da cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi, onların təhsili, asudə vaxtının səmərəli təşkili uğurlu şəkildə həyata keçirilməkdədir. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda neçə-neçə məktəbəqədər təhsil müəssisəsi, orta məktəblər, olimpiya kompleksləri tikilərək uşaq və yeniyetmələrin istifadəsinə verilmişdir. Həmin işlər bu gün də davam etdirilməkdədir.
Şəhid ailələri də öz növbələrində onlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.
Keçidlər