Etik davranış
Görülən işlər
Görülən işlər“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Ağdam rayonunda görülən işlərə dair hesabat
Ağdam rayon icra hakimiyyətində “ Dövlət qulluqçularının etik davranış qaydaları haqqında ” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna ciddi nəzarət edilməklə, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üçün profilaktiki tədbirlər həyata keçirilir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” na uyğun olaraq rayon icra hakimiyyəti tərəfindən dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlər təşkil edilmişdir.
“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” na müvafiq olaraq RİH-nin illik iş planı tərtib olunmuş və icrası nəzarətə götürülmüşdür. Rayon İcra hakimiyyəti tərəfindən RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və digər aidiyyatı təşkilatlarda təşkil olunmuş tədbirlərdə dövlət qulluqçularına vicdanlı və mədəni davranış, loyallıq, ictimai etimad, qərəzsizlik, maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, eyni zamanda hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri üzrə davamlı təlimlər keçirilmişdir.
Ağdam rayon İcra Hakimiyyətinin İş planına əsasən İcra Hakimiyyəti Başçısı aparatının , inzibati ərazi dairələri üzrə nümayəndəliklərin ,rayonun müvafiq idarə,müəssisə və təşkilatlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, оnların fəaliyyətində şəffaflığın artırılması, vətəndaşların birbaşa daxili nəzarət orqanlarına müraciət imkanlarının yaradılması, daxili nəzarət orqanları tərəfindən müraciətlərə operativ və qısa müddət
ərzində baxılması məqsədi ilə əməli tədbirlər həyata keçirilmişdir.
Bütün bunlarla yanaşı təşkil olunmuş treninqlərdə dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, dövlət orqanlarına və dövlət qulluqçularına vətəndaşların etimadının yüksəldilməsi, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması və digər etik mövzularla bağlı təbliğat işi daha da təkmilləşdirilmişdir.
Rayon İcra hakimiyyəti aparatında etik davranış məsələləri üzrə təşkil olunmuş treninqlərdə rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı təmin edilərək aparatın məsul işçilərinin və Məhkəmə, Prokurorluq orqanlarının rəhbərlərinin mühazirələri dinlənilmiş, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında ” Azərbaycan Respublikası Qanununun məqsəd və mahiyyəti, prinsipləri və qarşıya qoyduğu vəzifələr açıqlanaraq dövlət qulluqçularının maariflənməsi, peşəkarlıq və fərdi məsuliyyətin artırılması sahəsində görülən tədbirlər davam etdirilmişdir.
Bununla yanaşı, Dövlət orqanlarında qulluğa ixtisaslı və peşəkar kadrların cəlb edilməsi, bu orqanların fəaliyyətinin müasir tələblərə uyğun qurulması və səmərəliliyinin artırılması məqsədi ilə Dövlət qulluğunun bütün bütün sahələrinə qəbul Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 108 saylı Fərmanı ilətəsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul qaydalarına müvafiq həyata keçirilmişdir.. Aparılmış islahatlar nəticəsində RİHB aparatında və RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində bütün ştatlara ali təhsili kadrların yerləşdirilməsi işi qanunvericiliyə uyğun olaraq başa çatdırılmışdır.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün vakant vəzifələrin siyahısı mütəmadi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyaya təqdim olunur. Eyni zamanda komissiya tərəfindən tərtib olunmuş vakant vəzifələrin siyahısı rayonun kütləvi informasiya vasitələrində dərc olunaraq ictimaiyyətə açıqlanır.
Bütün bunlarla yanaşı İş planına uyğun olaraq dövlət qulluqçularının peşəkarlığının artırılması məqsədilə dövlət qulluqçularının ixtisasartırma üzrə ehtiyaclarının müəyyən edilərək onların müvafiq kurslara və treninqlərə cəlb edilməsi təmin edilir.
Eyni zamanda rayon İcra Hakimiyyəti tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət olunur və etik davranış qaydalarına əməl olunmasına nəzarət “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə görülən tədbirlər sayəsində etik qaydaların pozulması ilə əlaqədar 2022-ci il ərzində hər hansı şikayət daxil olmamışdır.
Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn bütün vəzifələr bundan sonra da mütəmadi olaraq icra ediləcəkdir.
17 noyabr 2022-ci ildə Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyəti başçısı aparatında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, rayonun müxtəlif idarə, təşkilat və müəssisələrində işləyən dövlət qulluqçularının iştirakı ilə dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda dəyirmi masa təşkil edilərək keçirilmişdir.
Tədbirdə çıxış edən Ağdam rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin məsləhətçisi Elşən Abbasov və başqaları dövlət qulluqçularına etik davranış qaydaları barədə ətraflı məlumat vermişlər. Tədbir qarşılıqlı diskusiyya formasında davam etdirilmiş və mövzu ilə əlaqədar suallar cavablandırılmışdır.