Şriftin ölçüsü :

Saytın rəngi :

hesabatlar

“Ağdam rayonunun 2018-ci ilin sosial-iqtisadi  inkişafının
yekunları və  2019-cu ildə qarşıda duran vəzifələr barədə”
Hesabat
  

2019-cu il yanvar ayının 11-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının  yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Cənab Prezident  giriş nitqində bildirib ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək.
       Ölkə rəhbəri çıxışinda qeyd etdi ki, keçən il regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı başa çatdı. Bu beşillik proqram artıqlaması ilə yerinə yetirildi. Bu proqram bizə imkan verdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd təsərrüfatı daha sürətlə inkişaf etsin.
Ölkəmizdə, ümumiyyətlə, daxili vəziyyət - həm ictimai-siyasi, həm iqtisadi-sosial məsələlərlə bağlı vəziyyət sabitdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır.
Bizim bütün iqtisadi göstəricilərimiz çox müsbətdir. Ümumi daxili məhsul, yəni, iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olmuşdur. Ondan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Bu, onu göstərir ki, sənayeləşmə siyasətimiz öz gözəl nəticələrini verir.
Keçən il 118 min daimi iş yeri yaradılmışdır. İşsizliyin aşağı səviyyədə saxlanması üçün bu, çox əhəmiyyətli məsələdir. İxracla bağlı yaxşı göstəricilər var. İxrac 36 faiz artıb.
Vergi sahəsində də çox dərin islahatlar aparılıb. Vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir.
Keçən il Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb və hesab edirəm ki, bu, ən yüksək göstəricidir.
İçməli su ilə bağlı aparılan işlər nəticəsində 38 şəhərin su məsələsi tam şəkildə öz həllini tapıb. Hazırda 12 şəhərdə işlər gedir və yaxın gələcəkdə o şəhərlərin də içməli su ilə tam təminatı təşkil ediləcəkdir.
Keçən il 2 min kilometr avtomobil yolu salınmışdır. Bu, rekord göstəricidir. Ümumilikdə isə 2004-cü ildən bu günə qədər 15 min kilometr avtomobil yolu salınıb. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayırıq və bu proses davam etdiriləcək. Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb. Bu yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır. Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır.
Bu il sosial infrastrukturla bağlı işlər görüləcək. Keçən il 5800 ailəyə yeni mənzillər verildi. Onu da qeyd etməliyəm ki, bu mənzillərdən 1000-i “Qobu Park” yaşayış kompleksində özəl şirkət tərəfindən inşa edilmiş və köçkünlərə təmənnasız verilmişdir. Bu, çox müsbət təşəbbüsdür, mən bunu çox alqışlayıram. Bizim böyük biznes qurumlarımız sosial sahələrdə də fəal olmalıdırlar. Elə birinci təcrübə çox təqdirəlayiqdir. İlkin hesablamalara görə, bu il təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək. Bu günə qədər 300 min məcburi köçkün yeni evlərlə təmin edilibdir.
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi prosesi davam etdiriləcək. Əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı 800 mənzil veriləcək. .
Keçən il 140-dan çox məktəb tikilib. Bu il 100-dən çox məktəbin tikintisi nəzərdə tutulur. Bu il mərkəzi rayon xəstəxanalarının tikintisi davam etdiriləcək. Bu il 10-a yaxın mərkəzi rayon xəstəxanasının açılışı gözlənilir. Keçən il də bir çox yerlərdə xəstəxanalar açılmışdır. Bu il üç Olimpiya İdman Kompleksinin açılışı nəzərdə tutulur. Beş “ASAN xidmət” mərkəzi açılmalıdır.
Biz bir neçə il bundan əvvəl ənənəvi sahəmiz olan xalçaçılığı sürətlə inkişaf etdirməyə başlamışıq və nəticələr də var. İyirmi xalça fabriki tikilərək istifadəyə verilib. Bu il 11 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu fabriklər tam gücü ilə fəaliyyətə başlayandan sonra 5 minə yaxın insan, - onların mütləq əksəriyyəti qadınlardır, - işləyəcək..
Biz kənd təsərrüfatını stimullaşdırmaq üçün çox böyük işlər görmüşük. Təkcə keçən il 5800 texnika alınıb.
Kənd təsərrüfatı çox ciddi, çox böyük sahədir. Əhalinin demək olar ki, yarısı kəndlərdə yaşayır. Ona görə bu sahə daim diqqət mərkəzindədir. İri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində də yaxşı nəticələr var. Proqrama görə, bizdə, ümumiyyətlə 51 aqropark və iri fermer təsərrüfatı yaradılmalıdır. Onlardan 17-si yaradılıb və bu 17 aqroparkın ümumi sahəsi 104 min hektardır.

Hörmətli yığıncaq iştirakçıları!
2018-ci ildə rayonumuz üçün ən yadda qalan hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın  noyabr ayının 5-də rayonumuza səfər etməsi olmuşdur.  Cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva rayonumuza səfərləri çərçivəsində  əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun,  Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir memarlıq üslubunda inşa olunan Ağdam Muğam Mərkəzinin,  “Azərxalça” ASC-nin Ağdam rayon filialının və Qarabağ Atçılıq Kompleksinin  açılışlarında iştirak edərək rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər.  Bu səfərdən sonra ölkə rəhbərinin Sərəncamı ilə  Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində ziyan çəkmiş evlərin bərpa olunması və Birinci Yüzbaşılı kənd tam orta məktəbinin tikintisi üçün vəsait ayrılmışdır ki, bu da cənab Prezidentin Ağdama, Ağdamlılara göstərdiyi xüsusi diqqətinin və qayğısının bir daha sübutudur. Fürsətdən istifadə edərək bütün Ağdam ictimaiyyəti adından cənab Prezidentə öz minnətdarlığımızı bildirirəm.

2018-ci il ərzində də  rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi sahəsində işlərimiz davam etdirilmişdir. Ölkəmizin rəhbəri cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Baki şəhəri ilə yanaşı bütün bölgələr də öz simasını dəyişir. O, cümlədən rayonumuzun ərazisində tikinti-quruculuq işləri bu gün də davam etdirilir, rayonumuz günü-gündən abadlaşır.
Bildirirəm ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikintisi nəzərdə tutulmuş, təməli Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən qoyulmuş, ümumi sahəsi 1800 kvadrat metr,  328 nəfərlik zalı, foye, qalereya, qrim və gözləmə otaqları olan, Muğamın təbliğinə və onun yaşadılmasına xidmət edən Muğam Mərkəzinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Ağdam rayonunun İmamqulubəyli kəndində yeni tibb məntəqəsi tikilərək sakinlərin istifadəsinə verilmişdir.
Ağdam rayonunun Quzanlı qəsəbəsində Ruhi Əsəb Dispanseri əsaslı təmir edilmişdir.
Nəhayət, əhalimizin böyük əksəriyyətinin səbirsizliklə gözlədikləri 29 min nəfər əhalini əhatə edən 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən, uzunluğu 25,3 km olan Quzanlı- İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi başa çatırılmış və əhalimizin istifadəsinə verilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin 04.01.2018 ci il tarixli Sərəncamına əsasən Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun  tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilmiş, Kolqışlaq-Mirəşəlli-Çıraqlı yolunun çəkilişinə başlanılmışdır.
2018-ci ilin noyabr ayında rayonumuzun yeganə qaz çəkilməyən yaşayış məntəqəsi olan Yeni Ergi qəsəbəsinə də qaz xətti çəkilmiş və əhali təbii qazla təmin edilmişdir.
Quzanlı qəsəbəsində  Boks və Taekvando məktəblərinin,  Polis şöbəsinin , Prokurorluğun, Ağdam Elektrik şəbəkəsinin yeni inzibati binalarının tikintisi üçün torpaq sahələri  ayrılmış, layihələndirmə işləri aparılır.  
         Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrinin erməni silahlı birləşmələrinin iri çaplı silahlardan və  artileriya qurğularından intensiv atəşə məruz qalması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası məqsədilə  Azərbaycan Respublikası Prezidentinin  05 noyabr 2018- ci il tarixli  Sərəncamına əsasən Prezidentin  ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 ( üç) milyon manat vəsait ayrılmışdır. Hazırda həmin evlərin bərpası işlərinə başlanmışdır. Artıq təmas xəttində 45 evin bərpası tam başa çatdırılmışdır.

Yolların təmiri və saxlanılması üçün 2018-ci il  ərzində  kəndarası və qəsəbədaxili yollarda cari təmir işləri aparılmışdır. Bu işlər 41 nömrəli Yol İstismarı MMC tərəfindən yüksək keyfiyyətlə aparılaraq əhalinin istifadəsinə verilmişdir. 41 nömrəli Yol İstismarı MMC  rayon ərazisində yolların saxlanılması və cari təmir olunması üçün ciddi tədbirlər görməlidir.

Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, ötən illər ərzində rayonumuzda əhalini narahat edən, gündəlik həyatlarında daim çətinliklər yaradan marşurut problemi 2018-ci ilin oktyabr ayından öz həllini tapmışdır. Rayon ərazisində demək olar ki, heç bir marşurut xətti olmamış, əhalimiz yaşadıqları kənd və qəsəbələrdən rayonun inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsinə, eləcə də ayrı-ayrı yaşayış məntəqələrinə getmək üçün çətinliklərlə qarşılaşmış, ancaq taksidən istifadə etməklə  mənzil başına gedib çata bilirdilər. Bu da vətəndaşlarımızın həm vaxt itkisinə, həm də əlavə pul xərcləmələrinə səbəb olurdu. Bu acınacaqlı halın aradan qaldırılması məqsədi ilə “Ağdam Nəqliyyat ”  MMC yaradılmış və artıq rayonumuzun bütün yaşayış məntəqələrinə  15 dəqiqə intervalla hərəkət edən marşurut xətləri açılmış, bunun nəticəsində 48 nəfər vətəndaşımız üçün yeni iş yeri açılmışdır. Görülən  işlərin nəticəsində bu gün rayonun yaşayış məntəqələrinə 19 marşurut, eləcə də qonşu rayonlara  29 marşurut cəmi 46 marşurut fəaliyyət göstərir ki, bu da əhali tərəfindən razılıqla qarşılanır.

2018-ci il ərzində əhalinin həyat şəraitinin  yaxşılaşdırılması, faziləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər görülmüşdür.
Belə ki, şəbəkənin xidməti ərazisində 2018-ci ilin 12 ayı ərzində                                                                             Çəmənli, Zəngişalı, Təzəkənd, Qərvənd, Sarıçoban, Sarıcalı, Baharlı, Qaradağlı, Ergi ərazisi, Şükürağalı, Xındırıstan və İmamqulubəyli kəndlərində  1262 ədəd 0.4 kv-luq istismara yararsız dayaqlar yeni dəmir və dəmir-beton dayaqlarla əvəz olunmuş, 76170 metr müxtəlif növ ABC(XLPE) SİP markalı kabeldən, 373 ədəd abanent dayağından istifadə olunmuş və bu ərazilərin bir hissəsində işlər tam qurtararaq əhalinin istifadəsinə verilmişdir. Eyni zamanda Əhmədağalı, Çıraxlı və İmamqulubəyli kənlərində yenidənqurma işləri davam etdirilir.
Bütün bunlarla yanaşı nöqsanlar da vardır. Belə ki, Şəbəkədə 1960-1965-ci illərdən tikilmiş hava xəttləri və quraşdırılmış avadanlıqlar, qaçqınlıq dövründə qeyri standart dayaq və naqillərdən çəkilmiş hava xəttlərinin olması eyni zamanda 10/0.4 kv-luq xətlərin qoruq zonasında ağacların  əkilməsi və kəsilməsi hallarında böyük çətinliklərin yaranması halları tez-tez  qəza açılmalarına və enerji itkisinə səbəb olmaqla bərabər 0.4 kv-luq hava xətlərinin həyətlərdən keçməsi əhali tərəfindən elektrik enerjisindən oğurluq hallarına şərait yaradır. Həmçinin rayon ərazisində yaşayış məntəqələrində elektrik xəttlərinin kabelləşməsi və smart  tipli sayğacların quraşdırılması tam başa çatdırılmamış, bu işlər ləng aparılır.  Rayonun Səfərli qəsəbəsində əhaliyə verilən  enerji xəttinin üzərinə  35 subartezian quyusu qoşulmuşdur ki, bu da əhaliyə verilən elektrik enerjisinin keyfiyyətini aşağı salır və haqlı narazılığa səbəb olur. Lakin,  bununla bağlı hələ də tədbir görülməmişdir.
           Şəbəkənin xidməti ərazisində fəaliyyət göstərən 35/10 kv-luq Quzanlı-2 yarımstansiyanın yenidən qurulub, müasir tipli avadanlıqlarla təchiz olunması, o cümlədən 10 kv-luq Alıbəyli, Təzəkənd və Səfərli hava xətlərinin də əsaslı təmiri, rayonun Ergi ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərin elektrik enerjisi ilə təmin edilməsi üçün istismara yararsız dayaq və naqillərin yenisi ilə əvəz olunaraq əhalinin istifadəsinə verilməsi işlərinin görülməsinə köməklik göstərilməsi üçün  Ağdam Elektrik Şəbəkəsi tərəfindən “Azərişıq” ASC-nə müraciət olunmuşdur. Lakin, hal-hazıradək heç bir ciddi  irəliləyiş əldə olmamışdır. Odur ki “Azərişığ”ın yerli idarəsi işində ciddi dönüş yaratmalıdır.


       Tərtər RQİİ-nin Ağdam Xidmət Sahəsi 2018-ci il ərzində ümumilikdə 22510619m3 qaz qəbul etmişdir. Satılmış qazın dəyəri 100% olmaqla tam şəkildə ödənilmişdir. 2018-ci il ərzində Ağdam XS –nə 93 Əhali və 23 Qeyri əhali abonenti yeni qeydiyyata alınmişdir.
Ağdam xidmət sahəsinin 104 qəza xidmətinə il ərzində  855 çağırış daxil olmuş və aradan qaldırılmışdır. 2018 –ci il ərzində 369 ədəd sayğac əvəzedilməsi olmuşdur. Bunlardan müdaxilə edilmiş sayğaclar 96 ədəd, nisbi xəta ilə işləyən sayğaclar 20 ədəd, səslə işləyən sayğaclar 7 ədəd, hesablayıcı mexanizmidən keçən qazın sərfiyyatını qeydə almayan sayğaclar 3 ədəd, kütləvi əvəz edilən sayğaclar 109 ədəd, Smart kartla əvəz edilən sayğaclar 13 ədəd və müdaxilə ehtimalı olduğu üçün əvəz edilən sayğaclar 121 ədəd olmuşdur. Yoxlamadan keçmiş 130 ədəd sayğaca müdaxilə rəyi gəlmişdir. Həmin sayğaclara ümumilikdə 64114.80 manat məbləğində cərimə hesablanmışdır. Həmin məbləğdən 20357.33 manatı abonentlər tərəfindən ödənilmişdir.
Hal-hazırda əhalini narahat edən bir məsələni diqqətinizə çatdırmağı məqəsədəuyğun hesab edirəm.  Artıq rayon ərazisində əhaliyə məxsus sayğacların müdaxilə adı altında açılması ənənəvi hal almışdır.  Ağdam Xidmət Sahəsində 59 daimi və 91 nəfər müqavilə ilə işləyən işçilər vardır ki, onlardan 27 nəfəri ancaq qaz nəzarətçiləridir.  Buna baxmayaraq Tərtər Regional Qaz İstismar İdarəsi tərəfindən yoxlamalar keçirilir,  sayğaclar müdaxilə adı altında aparılır və nəticədə cərimələr yazılır. Bu da əhali arasında  ciddi  narazılıqla qarşılanır. Odur ki, “Azəriqaz”  İstehsalat Birliyi bu barədə  ciddi dönüş yaratmalıdır.

        Əhaliyə göstərilən xidmətlərin, o cümlədən rabitə xidmətlərinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması, müasir texnologiyanın tətbiqi üçün tədbirlər davam etdirilmiş, Ağdam Telekommunikasiya Qovşağında 2018-ci il ərzində təmir işləri aparılmaqla yanaşı Baharlı-1 qəsəbəsində 50 nömrəlik xətt şəbəkəsi tikilərək istismara verilmişdir.
2018-ci il ərzində 986 ədəd internet xətti qoşulmuş, 219 ədəd telefon xətti çəkilmişdir. Buna baxmayaraq Telekommunikasiya Qovşağının işində ciddi nöqsanlar vardır. Əsasən internet istifadəçilərinin sürətli və keyfiyyətli internetin yayımlanmaması barədə şikayətləri daxil olur.
Təmas  xəttində keçirilən görüş-qəbullarda aydın olur ki,   vaxtaşırı müraciətlərə baxmayaraq rabitə xidməti  çox aşağı səviyyədədir, Səfərli qəsəbəsində isə demək olar ki, heç yoxdur. Məcburi köçkünlər kommunal xərclərini ödəməkdə çox çətinlik çəkirlər. Odur ki,  Ağdam Telekommunikasiya Qovşağı  Yeni Ergi, Alıbəyli qəsəbələri,  Təzəkənd, Qərvənd ,Əhmədağalı, Sarıcalı, Həsənxanlı ərazisində EATS quraşdırılmasında və digər  ərazilərdə xətt şəbəkəsinin  genişləndirilməsinə nail olmalı, “Aztelekom” MMC Ağdam rayonuna diqqətini artırmalıdır.

Rabitə sahəsində də xeyli işlər görülmüşdür. Belə ki, Ağdam Poçt filialı üzrə 2018-ci il ərzində tarif gəliri plan proqnoz tapşırıqları 187710 manata qarşı 190336 manat yerinə yetirilmişdir, buda planın 101 faizini təşkil edir. O, cümlədən 4- cü tarif gəliri planı 47840 manata qarşı 51670 manat yerinə yetirilmişdir, buda planın 108 faizini təşkil etmişdir.
        Ağdam Poçt filialı üzrə 11 poçt şöbəsi fəaliyyət göstərir. Mövcud poçt şöbələri vasitəsilə bütün növ poçt xidmətlərinin yerinə yetirilməsi təşkil olunmuşdur.


Ağdam rayon Vergilər şöbəsi üzrə 2018-ci il ərzində  4806,1 min  manat proqnoza qarşı  tapşırığa 4875,9 min manat və ya  101,5 faiz əməl olunmuşdur. Büdcəyə 69,8 min manat əlavə vəsaitin ödənilməsi təmin olunmuşdur. 2018-ci il ərzində qeydiyyatdan 465 nəfər vergi ödəyicisi keçmişdir, ondan 33 nəfəri hüquqi şəxs, 432 nəfəri isə fiziki şəxslərdir. Hələ də hüquqi və fiziki şəxslərin vergi uçotuna alınması günün tələbləri səviyyəsində deyildir.

Rayon Maliyyə idarəsinin fəaliyyəti üçün 2018-ci il  ərzində  dövlət büdcəsindən verilən dotasiya  5367,5  min  manat proqnoza qarşı 4019,0 min manat və ya 74,9 faiz, ümumi xərclər üzrə 14042,8   min  manat  proqnoza qarşı  12559,3  min  manat və ya  89,4 faiz olmuşdur.     
    
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi   21802  nəfər pensiya alan vətəndaşa xidmət göstərir. Onlardan 11273 nəfər yaşa görə, 9589 nəfər əlilliyə görə, 939 nəfər ailə başçısını itirməyə görə əmək  pensiya,  orta  aylıq  pensiyanın  məbləği 185 manat, aylıq pensiyanın təlabatı 2,6 milyon manatdır. Azərbaycan Respublikası Prezidentinin  09 fevral 2018-ci il tarixli Sərəncamına əsasən pensiyaların  sığorta hissəsi 5,7 faiz indeksləşdirilərək fevral ayında iki aylıq ödənilmişdir. 2018-ci il ərzində 398 nəfər şəhid ailəsinə və 504 nəfər müharibə  əlilinə Prezident təqaüdü, 1557 nəfər müharibə iştirakçısı  olduğuna görə müavinət verilmişdir. 01 yanvar  2019-cu il tarixə rayon üzrə ünvanlı sosial yardım alan ailələrin sayı 505 nəfər təşkil edir.

2018-ci il ərzində  rayon Məşğulluq  Мərkəzinə 3000 nəfər işaxtaran vətəndaş müraciət etmiş, ondan 2894 nəfər qeydiyyata götürülmüşdür.  2018-ci il ərzində idarə və müəssisələrdən 730 boş vakant iş yeri daxil olmuş, müraciət edən vətəndaşlardan  291 nəfəri müxtəlif  idarə və müəssisələrdə işlə təmin olunmuş, işini itirmiş 9 nəfərə işsizlik statusu verilərək müavinət təyin olunmuşdur. Hazırda idarə və müəssisələrdə 439 vakant  iş yeri vardır, ondan 404-ü qulluqçu, 35-i  isə fəhlə kateqoriyasından olan iş yerləridir. 2018-ci il ərzində “Özünüməşğulluq” layihəsinə 222 nəfər müraciət etmiş ondan 218 nəfər imtahandan uğurla keçərək öz  biznes ideyasını qazanmışdır.            
Qeyd olunanlara baxmayaraq  Mərkəzin işində hələ də ciddi nöqsanlar qalmaqdadır . Belə ki, “Özünüməşğulluq” Proqramında  işsizlərin qeydiyyata alınması bərbad vəziyyətdədir,  biznes ideyalarını qazanmış insanlara 2 balalı inək müqaviləsinə qol çəkdirilərək əksərən 2 zəyif boğaz olmayan heyvanlar verilmiş, nəticədə insanlar arasında çox ciddi narazılıqlar yaranmışdır. Misal olaraq göstərə bilərəm  ki,  Mollalar kənd sakini Əliyev Niyaməddin Hüseyn oğluna  2 zəyif boğaz ad altında inək verilmiş, qısa müddətdə onun biri ölmüş,  birinin isə boğaz olmadığı məlum olmuşdur. Odur ki, aidiyyəti cavabdeh qurumlar təcili və təxirəsalınmaz tədbir görməlidir. Əks  halda çox ciddi məsuliyyət yaranacaqdır.

Dövlət Sığorta Şirkətinin Ağdam rayon  filialı 2018-ci il ərzində  110,0  min  manat tədiyyə tapşırığına qarşı 75,0 min  manat və ya 68,2% yerinə yetirilmişdir. İllik tədiyyə tapşırığı  35,0 min manat kəsr qalmışdır. Əhalinin əmlakının, xüsusi ilə yaşayış evlərinin sığorta olunması çox vacib məsələ kimi ərazi nümayəndələrinin işinin əsasını təşkil etməlidir. Filialın  rəhbərliyi işində ciddi dönüş yaratmalıdır.

2017-2018-ci tədris ilində rayon Təhsil şöbəsi 135 ümumtəhsil məktəbi, o cümlədən 1 ibtidai, 17 ümumi orta, 117 tam orta məktəbi, 2 məktəbdənkənar tərbiyə müəssisəsi ilə fəaliyyətə başlamışdır.  Təhsil şöbəsi, onun tabeçiliyində olan təlim-tərbiyə müəssisələri tədris ilinin əvvəlində olduğu kimi, 2018-ci il ərzində  Təhsil Nazirliyi, Rayon İcra Hakimiyyəti  tərəfindən verilən tapşırıqları   yerinə yetirməyə çalışmışdır.
2018-cı il ərzində  qarşıda duran vacib məsələlərdən biri təlim-tərbiyə müəssisələrinin qış mövsümündə  istiliklə  təmin  edilməsi  olmuşdur. Aparılan məqsədyönlü işlərin  nəticəsində cari  qış mövsümündə  rayonun Alıbəyli, Qaradağlı, Çəmənli, Əhmədağalı, Əfətli, Həsənxanlı, Hacıməmmədli  kənd tam orta məktəblərinin  mərkəzi  istilik  sistemləri qaz yanacağı  ilə  təmin  edilmiş, digər müəssisələr  üçün yanacaq  alınıb vaxtında müəssisələrə çatdırılmışdır.
Digər məktəblərin də mərkəzi istilik sistemi ilə qızdırılması istiqamətində  tədbirlər həyata keçirilir.
Onu da nəzərinizə çatdırmaq istəyirəm ki,  2018-ci ilin sentyabr ayından rayon ərazisində  fəaliyyət göstərən orta məktəblərin və  uşaq  bağçalarının inzibati  binalarının istilik sistemləri ilə təchiz olunması üçün artıq texniki şərtlərin alınması işlərinə başlanmış   və bu sahədə işlər yekunlaşmaq üzrədir.

Bir faktı  da diqqətinizə çatdırıram ki,  Dövlət İmtahan Mərkəzinin  Ali məktəblərə keçirdiyi qəbul  imtahanlarında məzunlarımız yaxşı nəticələr əldə  etmişlər. Belə  ki, 577   nəfər Ali  məktəblərə qəbul  olunmuş, onlardan 42 nəfəri  600-700 bal  arası, 84  nəfər  isə 500-600 bal  toplamışlar.
06 sentyabr  2018-ci  il tarixdə  Rayon İcra Hakimiyyəti, Rayon Təhsil Şöbəsinin təşkilatçılığı və 97 saylı Goranboy- Ağdam-Tərtər Seçki Dairəsindən  Milli Məclisin Deputatı cənab Ağalar Vəliyevin  maliyyə  dəstəyi  ilə  500-dən  artıq bal toplayıb Ali məktəblərə  qəbul olan  məzunlar və onların  valideynləri  ilə   Ağdam rayon ictimaiyyət nümayəndələrinin Quzanlı  qəsəbə  Mədəniyyət  evində  görüşünə  həsr  edilmiş  tədbir  keçirilmişdir. Tədbirin  sonunda cənab Ağalar Vəliyev  tərəfindən    500-dən  artıq bal  toplayan 84  nəfər məzunun  hər birinə 200 (iki yüz) manat, 600-dən artıq bal toplayan 42 nəfər  məzunun  hər  birinə  500 (beş yüz) manat pul  mükafatı  verilmişdir.
Məktəblərin maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində  də işlər  davam etdirilir. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  rayonun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik tam orta məktəbin yeni binasının tikintisinə başlanılmış, Quzanlı qəsəbə ərazisində isə 96 şagird yerlik modul tipli tam orta məktəbin tikintisi başa çatmaq üzrədir.
Bütün bunlarla yanaşı təhsildə müəyyən nöqsanlar da  mövcuddur. Belə ki, rayon İcra Hakimiyyəti  və rayon Təhsil Şöbəsinin məktəblərdə apardıqları monitorinqlər zamanı 4, 8, 29, 53, 71, 93, 108, 125 nömrəli  köçkün, Həsənxanlı, Əfətli kənd   tam orta  məktəblərində  şagirdlərin dərsə davamiyyəti aşağı  səviyyədə olması müəyyən olunmuşdur.
Həmçinin o da müəyyən  edilmişdir ki, rayonun bir  sıra ümumtəhsil məktəblərində, yəni Baharlı-1, Alıbəyli-1, Dördyol-2, İmamqulubəyli köçkün qəsəbə, 12 və  137 köçkün qəsəbə tam orta məktəbin  direktorları  yaxın qohumluq şəbəkəsi  yaratmışlar.Ayaqqərvənd kənd tam orta məktəbində məktəb  direktoru Həqiqət Əliyevanın qızı Vüsalə Əliyevanın  həmin məktəbdə direktor müavini və həyat yoldaşı Tələt Qasımovun  məktəbin   təsərrüfat müdiri vəzifəsində işləməsi müəyyən olunmuşdur.
Rayon Təhsil Şöbəsinin tabeliyində  fəaliyyət  göstərən ümumtəhsil məktəblərində kifayət qədər  savadlı  və  səriştəli gənc müəllimlərin olmasına baxmayaraq hələ də rayonun  26 məktəbində məktəb  direktorları müqavilə  və müddətli  həvalə  ilə işləyir ki, onların da 4 nəfəri  çalışmanın  yaş  həddi  tamam olmuş  insanlardır.
Göstərilən nöqsanların aradan qaldırılması üçün  Rayon Təhsil Şöbəsinin rəhbərliyi təxirəsalınmaz tədbirlər həyata keçirməlidir.
Bundan başqa müəyyən olunmuşdur ki, rayonun   9, 15, 110 nömrəli köçkün, Ergi və Təzəkənd kənd tam orta məktəb  məzunlarından 2017-2018-ci  tədris ilində bir nəfər də  olsun Ali məktəblərə  qəbul olunmamışdır. Bu isə  həmin  məktəblərdə  tədrisin  aşağı səviyyədə olduğunu göstərir.
Yuxarıda qeyd olunan  məktəblərdə yol verilmiş  nöqsanların aradan qaldırılması istiqamətində zəruri  tədbirlərin  həyata keçirilməsi  məqsədilə  məktəb rəhbərlərinə  ciddi  tapşırıqlar verilmiş və icrası nəzarətdə saxlanılır.
Rayon İcra Hakimiyyətinin  tabeliyində  40 uşaq bağçası fəaliyyət göstərir. Həmin  bağçalardan  26-sı  ərzaqla təmin olunur, qalan bağçaların ərzaqla təmin olunması istiqamətində  tədbirlər həyata keçirilməsi nəzərdə  tutulmuşdur.
Bağçaların ərzaqla təmin  olunmamasının  səbəbi  bağçalarda lazımi şəraitin olmamasıdır. Hazırda  Əfətli, Sarıhüseyinli, Zəngişalı, Mahrızlı kənd körpələr evi-uşaq  bağçalarının  yeni  tikintiyə, Qaradağlı, Hacıturalı, Sarıcalı, Üçoğlan, Baharlı kənd körpələr evi-uşaq  bağçalarının isə əsaslı  təmirə  ehtiyacı vardır.
Ərzaqla təmin olunan  bağçalarda ərzaq təminatının daha da yaxşılaşdırılması, ərzağın keyfiyyətinə ciddi nəzarət olunması  məqsədilə rayon İcra Hakimiyyəti Başçısının 26 dekabr 2018-ci il tarixli 282 nömrəli sərəncamı ilə komissiya yaradılmışdır. Sərəncamın icrasını  təmin  etmək məqsədilə komissiya  uşaq bağçalarında monitorinqlər aparmış və müəyyən  olunmuşdur ki, Səfərli, Qaradağlı, Çəmənli, Birinci Yüzbaşılı, Bənövşələr, Sarıhüseyinli, Sarıcalı kənd, Birinci Dördyol, İkinci Dördyol, Təzəkənd, Bənövşələr qəsəbə körpələr evi-uşaq bağçalarında,  Üçoğlan, Kiçikli, Alıbəyli, Hacıturalı, Hacıməmmədli, Mahrızlı, Zəngişalı kənd uşaq bağçalarında, Səfərli kənd  körpələr evi-uşaq bağçasında , Üçoğlan kənd  uşaq bağçasında, Quzanlı qəsəbə-1  uşaq bağçasında xeyli nöqsan və çatışmazlıqlar vardır. Belə ki, monitorinq  aparılmış 32 körpələr evi-uşaq bağçasının 8-də  musiqi tərbiyəçisi, 12-də  isə tibb bacısı vəzifəsində çalışan  işçilərin ixtisassız kadrlar olduğu müəyyən  edilmiş və  həmin  ştatların  ixtisaslı  kadrlarla təmin olunması  məqsədilə yerlər   vakansiyaya çıxarılmışdır.
Həmçinin 1 saylı Quzanlı qəsəbə  uşaq bağçasında 40  uşaq  üçün ərzaq götürüldüyü halda 20 uşağın, Səfərli kənd uşaq bağçasında  70 uşaq üçün ərzaq götürüldüyü  halda 14  uşağın, Birinci  Yüzbaşılı  kənd  uşaq  bağçasında 55  uşaq  üçün ərzaq  götürüldüyü halda  26 uşağın,  Bənövşələr kənd uşaq bağçasında 55 uşaq  üçün ərzaq  götürüldüyü halda 20  uşağın, Sarıcalı  kənd  uşaq bağçasında 35 uşaq  üçün ərzaq  götürüldüyü halda 16 uşağın və Sarıhüseyinli kənd uşaq bağçasında 35 uşaq üçün ərzaq  götürüldüyü halda 13 uşağın bağçada  olduğu müəyyən olunmuş, mövcud nöqsanların  tezliklə  aradan qaldırılması məqsədilə bağça müdirlərinə ciddi  xəbərdarlıq edilmişdir.
Bundan əlavə Birinci Yüzbaşılı kənd  körpələr evi-uşaq bağçasında 2,5 ştat vahidi, Ergi kənd körpələr  evi-uşaq bağçasında 4,5 ştat vahidi vakant yer  aşkar olunaraq  vakansiyaya çıxarılmışdır.
Hacıturalı kənd körpələr evi-uşaq bağçasında aparılmış monitorinq zamanı müəyyən edilmişdir  ki,  tərbiyəçi vəzifəsində  işləyən Məmmədova Elmira Bakir qızının  Bakı şəhərində yaşadığı   məlum olmuş, ona görə  də tutduğu vəzifədən  azad  edilmişdir.
24 yanvar 2019-cu  il tarixdə Rayon İcra Hakimiyyətində aparılmış  monitorinqlərin nəticələrini  müzakirə  etmək  məqsədilə  bağça müdirlərinin, ərazi nümayəndələrinin və mühasiblərin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirə  zamanı  yol verilmiş  nöqsan və  çatışmazlıqların aradan qaldırılması  istiqamətində  aidiyyəti  üzrə müvafiq  tapşırıqlar verilmiş  və icrası nəzarətimizdə  saxlanılır.
2018-2019-cu  tədris ilində  Ağdam Musiqi kollecində  5 ixtisas  üzrə  457  nəfər tələbə  təhsil  alır ki, onların  təlim-tərbiyəsi  ilə 59  nəfər müəllim  məşğul olur.
Aparılan  monitorinqlər  zamanı  müəyyən olunmuşdur ki, Ağdam Musiqi kollecində təlim -tərbiyə  prosesində ciddi  nöqsanlara yol  verilmişdir. Kollecdə tələbələrin dərslərə  davamiyyəti  olduqca zəif olmuşdur.
Müəyyən olunmuşdur  ki, ayrı-ayrı  tələbələr müəyyən  neqativ yollarla  uzun müddət  dərslərdə  iştirak etməmişlər. Bundan başqa Kollecdə  semestr imtahanlarında tələbələrin qiymətləndirilməsi  zamanı  qanunsuz hərəkətlərə  yol  verilmişdir. Həmçinin  Kollecdə kargüzarlıq işlərinin vəziyyəti qənaətbəxş olmamışdır. Qeyd olunan nöqsanların  aradan qaldırılması məqsədilə Musiqi kollecinin direktoru Laura Ağayevaya dəfələrlə  xəbərdarlıq edilməsinə  baxmayaraq   işdə dönüş yaratmamışdır. Buna görə də işində  ciddi  nöqsanlara yol  verdiyinə  görə tutduğu  vəzifədən  azad  edilmişdir.
Ağdam Dövlət Sosial-İqtisadi Kollecində  isə  7  ixtisas  üzrə  941 nəfər  təhsil alır ki, onların  təlim-tərbiyəsi  ilə 71 nəfər müəllim  məşğul olur.
Dövlət Sosial-İqtisadi Kollecində  də aparılan monitorinqlər  zamanı  müəyyən olunmuşdur ki, tələbələrin dərsə davamiyyəti  qənaətbəxş  deyildir və kargüzarlıq işlərində  müəyyən  nöqsanlara  yol  verilmişdir.
Qeyd olunan  nöqsanların aradan qaldırılması  məqsədilə Kollecin  direktoru Natiq Cavadova tapşırıqlar verilmişdir. Hazırda Kollecdə  yol  verilmiş  nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
Ağdam  2 və 4 saylı Peşə məktəbləri  2017-2018-cı  tədris ilində Təhsil Nazirliyinin planına əsasən  4 ixtisas üzrə tədris müddəti   bir il olan qruplara 80 nəfər şagird qəbul olunmuşdur.
Hər iki Peşə məktəblərində  monitorinqlər keçirilmiş və  müəyyən olunmuşdur  ki, şagirdlərin dərsə davamiyyəti  zəifdir. Bununla bağlı  hər iki Peşə  məktəbinin direktoruna  tapşırıqlar  verilmiş və icrası nəzarətimizdə  saxlanılır.

2018-ci  il ərzində rayon Mədəniyyət və İncəsənət İşçiləri işlərinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərini xeyli artırmışdır. Başlıcası rayonda keçirilən kütləvi tədbirlərin, anım günlərinin və bayram şənliklərinin keçirilməsi xeyli təkmilləşdirilmişdir. Bu sırada 20 Yanvar faciəsinə, Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş  etdirilmişdir.
Respublikanın xalq artisti, muğam  ifaçısı, professor, “Şöhrət”, “İstiqlal”,  və “Şərəf” ordenli Arif Babayevin  29 mart 2018-ci  il tarixdə Ağdam İdman Kompleksinin zalında  rayon ictimaiyyət nümayəndələri  ilə  görüşü keçirilmişdir.
22 dekabr  2018-ci  il tarixdə Ağdam Muğam Mərkəzində böyük konsert  proqramı keçirilmişdir. Tədbirdə  respublikanın  xalq  artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova,  əməkdar artistlər Cabir Abdullayev, Feyruz Səxavət, Təyyar Bayramov, Səbuhi İbayev, Elza Qaybalıyeva, müğənnilər Səbinə Ərəbli, Pərviz Qasımov, həmçinin “Şur” xalq çalğı alətləri və Ağdam Musiqi Kollecinin “Mahur” ansamblı üzvləri çıxış etmişlər. Tədbir Mədəniyyət kanalında efirə yayımlanmışdır.
Bunlarla yanaşı rayon ərazisində  fəaliyyət  göstərən  Mədəniyyət işçilərinin işlərində müəyyən  nöqsanlar  qalmaqdadır.
Belə ki, Rzalar kənd klubunun, Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Xındırıstan, Rzalar, Əfətli, Hacıturalı kənd kitabxanalarının fəaliyyətinin zəif olduğu müəyyən olunmuş, sonrakı fəaliyyətlərində nöqsanların  aradan  qaldırılması  üçün qeyd olunan  müəssisələrin rəhbərlərinə tapşırıqlar verilmişdir.
Rayonun Uşaq Musiqi Məktəblərinin işlərində  də nöqsanların olduğu müəyyən  olunmuşdur.
Ağdam rayon İcra Hakimiyyəti  Başçısının 28  yanvar  2019-cu  il tarixli 03 nömrəli  sərəncamına əsasən Bakı şəhərində  fəaliyyət göstərən Ağdam Uşaq Musiqi Məktəblərində  monitorinqlər keçirilmişdir.
Monitorinq keçirilən zaman Ağdam şəhər Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbində 7 nəfər  müəllimin, 1 saylı Uşaq Muğam Musiqi Məktəbində 12 nəfər müəllimin, 2 nömrəli Uşaq Muğam Musiqi Məktəbində 4 nəfər müəllimin, Ağdam rayon Gülablı Uşaq Musiqi Məktəbində isə  8 nəfər  müəllimin işdə olmadığı müəyyən olunmuşdur.
Yol verilən  nöqsanların əmələ  gəlməsinin əsas  səbəbi Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəhbərliyi  tərəfindən Uşaq Musiqi Məktəblərinin direktorlarına verilən qeyri-şəffaf tapşırıqların nəticəsi olmuşdur. Hazırda Uşaq Musiqi Məktəblərində yol verilmiş nöqsanların aradan qaldırılması  istiqamətində məqsədyönlü tədbirlər  həyata  keçirilir.
Ağdam Dövlət Dram Teatrı ölkənin zəngin yaradıcılıq  ənənələri olan  mədəniyyət ocaqlarından  biridir. Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyinin təsdiq etdiyi repertuar planına əsasən  teatrda il ərzində 4 yeni səhnə əsərinin hazırlanması  nəzərdə  tutulmuşdur.
2018-ci  il ərzində  kollektiv H.Mirələmovun “Qarabağ hadisələrindən bəhs edən “Xəcalət” əsərini, C.Cabbarlının məşhur  “Aydın” əsərini və  Sahib İbrahimlinin “Cənnət və Cəhənnəm” tamaşasını  hazırlayaraq  tamaşaçılara təqdim etmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Rayonun ərazisində əhalimizin böyük əksəriyyətinin yaşamasını və onların sağlamlığının qayğısına qalınması bu gün səhiyyə işçilərindən daha çevik və məsuliyyətlə işləməyi tələb  edir.
Artıq səhiyyə sahəsində son bir ildə xeyli irəliləyişlər olmuşdur. Mərkəzi Rayon Xəstəxanasının əsas xidmət sahəsi olan  stasionar xidmətdə nailiyyətlər əldə  edilmişdir.
Mərkəzi Rayon Xəstəxanası  üzrə  ambulator  qəbul 262268 nəfər olmuşdur.
İl ərzində  31 nəfər ilkin  vərəmli xəstə aşkar olunub  qeydiyyata götürülmüşdür. 
Dispanser qeydiyyatında  3976 nəfər şəkərli  diabetli  xəstə qeydiyyatdadır.
Poliklinika şöbəsində  524 nəfər Qarabağ əlili, 82 nəfər Çernobl əlili  dispanser  qeydiyyatındadır.
İl ərzində  65 nəfər xroniki böyrək çatışmazlığından əziyyət çəkən , 460 nəfər  onkoloji xəstə qeydiyyata alınmışdır.
2018-ci il ərzində cərrahi şöbədə 577 iri əməliyyat aparılmışdır ki, bu da cərrahi fəallığın  xeyli  artması deməkdir.
İl ərzində   Doğum şöbələrində 584 sağlam uşaq dünyaya gəlmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin  tapşırığına  əsasən  10 fevral  2018-ci il tarixdən 10 may 2018-ci  il tarixədək rayon əhalisinin icbari tibbi müayinədən keçirilməsi  uğurla başa çatmışdır. Rayon əhalisinin  57083 nəfəri tibbi müayinədən keçmiş onlardan 722 nəfəri  ambulator müalicəyə, 88  nəfəri stasionar müalicəyə, 90 nəfəri  isə müalicə olunmaq üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə  göndərilmişdir.
Mərkəzi Rayon Xəstəxanasının maddi-texniki bazasının  yaxşılaşdırılması istiqamətində  də xeyli işlər  görülmüşdür. Belə ki, rayonun İmamqulubəyli  kəndində İmamqulubəyli  tibb məntəqəsinin yeni  binasının  tikintisi inşa edilmiş və əhalinin istifadəsinə verilmişdir.
Ağdam Rayonlararası Ruhi Əsəb Dispanserində əsaslı  təmir işləri başa çatdırılmışdır.
Bütün bunlarla yanaşı Mərkəzi Rayon Xəstəxanasının  fəaliyyətində nöqsanlar da   mövcuddur. Belə ki, aparılan monitorinqlər  nəticəsində müəyyən olunmuşdur ki, Güllücə,  Xaçınçay, Gülablı, Xındırıstan, Çəmənli ,  Mahrızlı kənd  xəstəxanalarında, Ətyeməzli, Xıdırlı həkim məntəqələrində işçilərin  işə davamiyyət zəif olmuş,  peyvəndlərin aparıılmasına səthi yanaşılmış, hamilə  qadınların  vaxtında  qeydə  alınmasında səhlənkarlığa yol verilmişdir.
Eləcə  də Ağdam rayonunda  qeydiyyatda  olmayan, Rusiya Federasiyasının vətəndaşı olan   və bir dəfə də olsun  işə  gəlmədiyi  halda Xaçınçay kənd xəstəxanasında diş həkimi kimi  adı gedən   Bəhmənova Nigar Mais qızının əmək haqqı alması müəyyən  edilmişdir və onun analıq məzuniyyətində olmasına baxmayaraq  dərhal işdən  azad  edilməsi barədə Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinə tapşırıq  verilmişdir.
Həmçinin Ağdam rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında,  Ağdam rayon Ruhi-Əsəb Dispanserində, Ağdam rayon Doğum evində də işçilərin işə dəvamiyyətinin zəyif olması, kargüzarlıq işlərinin lazımi səviyyədə aparılmadığı, kadrların yerləşdirilməsində ciddi nöqsanların olduğu məlum olmuşdur. Təəssüflə  qeyd edirəm ki, Doğum  evinin xadimə  ştatlarında  5  nəfər  kişi  xadimə vardır.
Aparılam monitorinqlər zamanı Ağdam rayon Uşaq Xəstəxanasında da vəziyyət qənaətbəxş olmamışdır.
08 fevral 2019-cu  il tarixdə Heydər Əliyev Mərkəzində aparılmış  monitorinqlərin nəticələrini  müzakirə  etmək  məqsədilə  səhiyyə müəssisələrinin rəhbərlərinin iştirakı ilə  Şura  iclası keçirilmişdir. Şurada    yol verilmiş  nöqsan və  çatışmazlıqların aradan qaldırılması  istiqamətində  aidiyyəti  üzrə müvafiq  tapşırıqlar verilmiş  və icrası nəzarətimizdə  saxlanılır.

Onu da bildiririk ki, Mərkəzi Rayon Xəstəxanasında  kadr çatışmazlığı problemi mövcuddur. Mərkəzi Rayon Xəstəxanasında 17 nəfər mama-ginekoloq əvəzində  cəmi  5 nəfər işləyir.
Mərkəzi Rayon Xəstəxanasında cərrah, kordioloq, uroloq, qastroenteroloq, onkoloq, terapevt  həkimlərinə və çoxlu sayda tibb bacılarına ciddi ehtiyac vardır.  Rayonda  mütəxəssislərə ciddi ehtiyac olmasına baxmayaraq ştat vahidi saxlanılmaqla çoxlu sayda tibb işçilərinin Bakı şəhərində işləməsinə üstünlük verilmişdir. Bununla da bağlı ciddi tədbirlər görülmüş, artıq  həkim və tibb bacılarının rayona qayıdaraq burada əhaliyə xidmət göstərmələri üçün işlərə başlanılmışdır.
2018-ci  il ərzində  Ağdam rayon Gənclər və  İdman İdarəsi öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin  Fərman və Sərnəcamlarının, müvafiq qanunların, dövlət proqramlarının tələblərini rəhbər  tutaraq, qarşıda duran vəzifələrin icrasını müəyyən olunmuş iş və tədbirlər planına uyğun həyata keçirmişdir.
Fevral ayının 1-də “Gənclər günü” münasibətilə Ağdam Musiqi Kollecində  rayon  rəhbərliyinin iştirakı  ilə “Bayramınız Mübarək Əziz Gənclər” adlı təntənəli  tədbir keçirilmişdir.
Daxili yarışlarla bərabər idmançılarımızın müxtəlif idman növləri  üzrə respublika əhəmiyyətli  20 birincilik və  çempionatda, habelə  2 zona  birinciliyində və I Beynəlxalq turnirdə  iştirakı  idarə  tərəfindən  təmin  olunmuşdur. Həmin yarışların  nəticələrinə  görə  38 idmançımız I yer, 19 idmançımız II yer, 19 idmançımız isə III yeri  qazanmışdır.
28 sentyabr  2018-ci  il tarixdə Azərbaycanın Futbol Federasaiyası Assosiasiyasının dəstəyi və  rayon İcra Hakimiyyətinin  təşkilatçılığı  ilə rayonun Olimpiya İdman Kompleksinin  Meydançasında yeniyetmələr  arasında  futbol yarışı keçirilmişdir.
Yarışdan  sonra rayonun  müxtəlif  kənd  və  qəsəbələrindən olan  200 nəfər gənc idmançılara   Azərbaycanın Futbol Federasaiyası Assosiasiyası tərəfindən idman  geyimləri təqdim  edilmişdir.
Bunlarla yanaşı rayon Gənclər və İdman İdarəsinin işində  də müəyyən nöqsanlar vardır. Belə ki, aparılan  monitorinq zamanı aşkar olunmuşdur ki, kargüzarlıq işinin  aparılmasında  nöqsanlara  yol verilmişdir. Bundan başqa  rayon ərazisində “voleybol” idman  növünün inkişafı  üçün  lazımi  tədbirlərin həyata keçirilmədiyi müəyyən  edilmişdir. Yol  verilən  nöqsanların  aradan qaldırılması barədə Gənclər  və İdman İdarəsinin  rəisinə  tapşırıqlar verilmişdir.
Yeni Azərbaycan Partiyası Ağdam  rayon Təşkilatı  67 ərazi  ilk  partiya  təşkilatında  6652 nəfər  partiya  üzvünü  öz  sıralarında birləşdirir. Bunlardan 2926  nəfəri  qadınlar, 1673 nəfəri  isə  gənclərdir. 
2018-ci  il ərzində  351 nəfər  YAP sıralarına daxil olunmuşdur ki, onlardan da 270 nəfəri  qadınlardır.
YAP Ağdam rayon təşkilatı təcrübəli ziyalılardan ibarət təbliğat qrupu vasitəsi ilə xüsusilə  gənclərin ideya siyasi  cəhətdən maariflənməsi, dövlətçilik strategiyasının inkişafı və möhkəmləndirilməsində  və  eləcə  də  11 aprel 2018-ci  il tarixdə  keçirilən  Prezident  seçkilərində seçicilərin fəal  iştirakının təmin  edilməsi  istiqamətidə silisilə  tədbirlər  həyata keçirmişdir.
Ağdam rayon Heydər Əliyev Mərkəzində  2018-ci il ərzində rayonun ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəbləri  və uşaq bağçalarının Mərkəzə  və Bayraq Muzeyinə ekskursiyaları  təşkil edilmiş,7000 nəfərdən artıq rayon əhalisi  Mərkəzi və Bayraq Muzeyini  ziyarət  etmişlər.
Qeyd edirik ki, rayon ərazisində  yad və zərərli dini təriqətlərlə məşğul olan  yox səviyyəsindədir.
     Hazırda  rayonda dövlət qeydiyyatından keçmiş Xındırıstan kənd məscidi dini icması və Çəmənli kəndində “Seyid Lazım Ağa” ziyarətgahı fəaliyyət göstərir. Şöbəmiz tərəfindən hər iki məscidin rəhbərliyi ilə mütəmadi əlaqə saxlanılır, onlarla müvafiq izahat işi aparılır və lazımi göstərişlər verilir.
Hazırda rayon ərazisində dini  durumun vəziyyəti  sabitdir və  bu  istiqamətdə proflaktik tədbirlər mütəmadi həyata keçirilir.

      Rayonda kriminogen vəziyyət sabitdir.
Belə ki, 2018-ci  ildə  rayon ərazisində cinayətkarlığa qarşı mübarizə sahəsində ciddi tədbirlər həyata keçirilmişdir. İl ərzində 74 cinayət hadisəsi qeydə alınmış,             4 cinayət hadisəsi bağlı  qalmış, cinayətlərin açılması  90,9  faiz təşkil etmişdir.
2018-ci ildə Ağdam rayonunda 930  nəfər gənc hərbi xidmətə göndərilmişdir.  Lakin, bununla yanaşı xüsusi qeyd etmək istəyirəm ki, rayonda gənclərin həqiqi xidmətə  göndərilməsi zamanı onların sağlamlığının müəyyən edilməsi üçün yaradılmış hərbi həkim komissiyasının işində bir sıra nöqsanlara yol verilmişdir.  Belə ki, çağırış yaşlı gənclərin tibbi müayinəsi tam  və hərtərəfli aparılması təmin edilməmişdir. Bunu nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən hərbi həkim komissiyasının tərkibi dəyişdirilərək yeni hərbi həkim komissiyası yaradılmışdır.  Hesab edirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi yol verilmiş nöqsanların gələcəkdə bir daha təkrar olunmaması üçün  üçün ciddi tədbirlər görəcəkdir.
2018-ci ildə Silahlı Qüvvələrin Yardım Fonduna  102  min 515 manat vəsait köçürülmüşdür.

    2018-ci ildə Ağdam Sukanal  İdarəsi  tərəfindən əhaliyə  göstərilən  xidmətin  səviyyəsi nisbətən yaxşılaşmış, su xidmətləri haqlarının yığılmasında müəyyən nailiyyətlər əldə olunmuşdur. Hacıturallı kəndində 1ədəd subartezian 35 bulaq,  Ballar kəndində 1ədəd subartezian 13 bulaq, Zəngişalı kəndində subartezian quyusu təmir edilmiş, idman kompleksinin qarşısında 900 metr polad boru, polietilen boru ilə əvəz edilmiş,Baharlı qəsəbəsində 130 ədəd su sayğacları quraşdırılmışdır.
 
2018-ci ildə əhaliyə 520759.7 manat dəyərində icməli su satılmış, 349393.8  manat su pulu  yığılmışdır ki, bu da ödənişin 67.1%-i  təşkil edir.  
Sukanal idarəsinin də əhaliyə verilən içməli suyun vaxtında və keyfiyyətli verilməsi sahəsində ciddi nöqsanlar mövcuddur.
Birinci Dördyol, Birinci Baharlı, İkinci Baharlı, Səfərli, Birinci Quzanlı qəsəbələrində keçirilən görüş və qəbullarda məcburi köçkünlər həmişə suyun tərkibinin keyfiyyətsiz olduğundan və quyularda suyun azlığından şikayət etmişlər. Araşdırma nəticəsində aydın olmuşdur ki,   məcburi köçkünlərə xidmət göstərən  su quyuları  bir dəfə də  olsun  kompressor vasitəsi ilə yuyulmur, nəticədə borularda (filtirlərdə)   duz toplaşaraq  suyun azalmasına və duzlaşmasına səbəb olur ki, bu da insanları ciddi narahat edir. Odur ki,  Sukanal idarəsinin rəhbərliyi  təcili tədbir görməli,  “AzərSu” Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə içməli suyun normal hala gətirilməsi üçün ciddi köməkliklər göstərməlidir.
Mexaniki Suvarma İdarəsi tərəfindən   içməli və suvarma suyuna olan tələbatın ödənilməsində fasilələrə yol verilməməsi, bu işin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə il ərzində 517 ədəd nasos təmir edilmiş 454 ədəd subartezian quyusunda müxtəlif elektrik avadanlıqları yenisi ilə əvəz edilmiş, 61 ədəd hidrotexniki qurğularda və 32 ədəd subartezian quyusunun kalon hissəsində təmir işləri aparılmışdır. 115 km suvarma kanalları lildən təmizlənmişdir. Görülmüş işlərlə yanaşı mövcud nöqsanları da qeyd etmək vacibdir. Qeyd etmək lazımdır ki, il ərzində subartezian quyularına elektrik enerjisinin fasilələrlə verilməsi səbəbindən suvarmada çətinliklər yaranmış, nəticə etibarı ilə məhsuldarlıq aşağı düşmüşdür ki, bu da fermerlərin ümumi gəlirinə öz mənfi təsirini göstərmişdir. Həmçinin  enerji  azlığı ucbatından subartezian quyularının saat  hesablı işləməsi mülkiyyətçilər tərəfindən normal qarşılanmamış,  bu da şikayətlərin artmasına səbəb olmuşdur.
         Rayonun ərazisində əkin sahələrinin suvarılmasında suya olan tələbatın ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 43 ədəd subartezian quyusunun qazılması üçün yerlər təyin edilmiş və hazırda quyuların qazılması yekunlaşmaq üzrədir.
         Cari ildə rayonun ərazisində əkilmiş 14055.5 hektar taxıl sahəsindən 52160 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 37.1 sentnerə çatdırılmışdır.O cümlədən 11874.5 hektardan 44655 ton buğda, 37.6 sentner, 2181 hektardan 7505 ton arpa, 32.0 sentner olmuşdur. 2019-cu ilin məhsulu üçün 12228 hektar sahədə buğda, 2215 hektar sahədə isə arpa əkilmişdir.
        Rayonun ərazisində hüquqi və fiziki şəxslər tərəfindən 4567.2 hektar sahədə tərəvəz 351 hektar sahədə kartof, 1516 hektar sahədə təzə yonca, 537.1 hektar sahədə şəkər çuğunduru əkilərək aqrotexniki qaydada becərilmiş və yüksək məhsul əldə edilmişdir. Nəticədə il ərzində 98469 ton tərəvəz, 5923 ton kartof, 20204.5 ton şəkər çuğunduru istehsal edilmişdir.
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatını, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar və sərəncamlar bu sahədə görülən işlərdə məsuliyyəti daha da artırmışdır.
        Lakin buna baxmayaraq şirkətlər tərəfindən pambığın əkilib-becərilməsində nöqsanlara yol verildiyindən 6200  tona qarşı 5822.2 ton məhsul istehsal edilmişdir ki, bu da illik planın 93.9 faizini təşkil edir.Ümumi məhsul istehsalı 18.8 sentner olmuşdur  ki, bu da keçən illə müqayisədə 1.4 sentner azdır.
       2019-cu ildə 2500 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur. Pambıq əkini ilə bağlı istehsalçılar və emal müəssisələri arasında xam pambığın istehsalı və alqı-satqısı ilə bağlı artıq 2595 hektarın müqaviləsi bağlanmışdır. Müqavilənin bağlanması davam edir. 2320.4 hektar sahədə şum aparılmışdır. Şum edilmiş sahələrdə arat işi aparılır.
           Rayonda pambıqçılıqla yanaşı Baramaçılığın da inkişaf etdirilməsinə diqqət artırılmış və onun yem bazasının möhkəmləndirilməsi ilə bağlı rayonda xeyli işlər görülmüşdür. Bu məqsədlə il ərzində rayona xeyli sayda tut tingi gətirilərək nəzərdə tutulmuş sahələrdə əkilmiş və becərilməsi təmin edilmişdir.Bundan əlavə rayonun ərazisində olan mövcud çəkil ağaclarının vaxtında budanıb becərilməsi təmin edilmişdir.
       2018-ci təsərrüfat ilində 520 qutu, 9880 qram barama qurdu götürülmüş, 17.1 ton barama istehsal olunaraq Şəki barama zavoduna verilmişdir. Bu da ötən illə müqayisədə 3.9 ton çoxdur.
      Cari ildə Ağdam rayonunda başqa sahələrlə yanaşı heyvandarlığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılmış nəticə etibarı ilə xeyli irəliləyişə nail olunmuşdur.
        Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 41634 baş olmuşdur ki, bu da ötən illə müqayisədə 642 baş çoxdur.Ana malın baş sayı da müvafiq dövürlə müqayisədə 303 baş artaraq 19147 başa, qoyunların baş sayı isə 422 baş artaraq 104940 başa çatdırılmışdır.
         Heyvandarlıq məhsullarının istehsalı sahəsində də artıma nail olunmuşdur.
        Ət istehsalı 4470 ton, süd istehsalı 35866 ton, yumurta istehsalı 13 milyon          206 min ədəd olmuşdur.
      Rayonda cins mal-qaranın inkişaf etdirilməsi, xüsusilə mütərəqqi üsul olan süni mayalandırmanın tətbiq edilməsi sahəsində əsaslı iş aparılır.Bu sahədə xüsusi kurs keçmiş mütəxəsislər çalışır. İl ərzində 2851 baş inək və düyə süni yolla mayalandırılmış və 1581 baş sağlam bala alınmışdır ki, bu da müvafiq dövrlə müqayisədə xeyli çoxdur.
Rayonun ərazisində 1116.45 hektar bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən istifadə olunur.

Əfətli bələdiyyəsinə məxsus 40.27 hektar  torpaq sahəsinin 21.48 hektarından, Hacıturalı bələdiyyəsinə məxsus 116.20 hektar torpaq sahəsinin 17.63 hektarından, Qaradağlı bələdiyyəsinə məxsus torpaq sahəsinin 1.0 hektarından, Əhmədağalı bələdiyyəsinin 175.30 hektar torpaq sahəsinin 13.40 hektarından, Qərvənd bələdiyyəsinə məxsus 61.99 hektar torpaq sahəsinin 2.39 hektarından, Xındırıstan bələdiyyəsinə məxsus 179.0 hektar torpaq sahəsinin 62.0 hektarından bələdiyyələr özləri istifadə edirlər.
Məlumat üçün bildirirəm ki,  torpaqların monitorinqi zamanı aydın olmuşdur ki, Xındırıstan kənd bələdiyyəsinə  ayrılmış torpaq sahəsinin 65 hektarı bələdiyyə sədrinin xalası oğluna, 84 hektardan artığı  Bələdiyyə fermer  təsərrüfatının əkin sahəsinə,  az bir hissəsi isə digər şəxslərə verilmişdir ki, bu da qəbuledilməzdir.
Qərvənd bələdiyyəsinə məxsus torpaq sahəsinin 6 hektarını Gülmalı Rzayev, 5 hektarını isə Tahir Bəşirov zəbt edərək sənədsiz istifadə edirlər.
Yəqin ki, bu barədə aidiyyəti qurumlar ciddi tədbirlər görəcəklər.
2018-ci ildə torpaqdan istifadəyə görə Əfətli bələdiyyəsinə 402.0 manat, Zəngişalı bələdiyyəsinə 1230.0 manat, Sarıcalı bələdiyyəsinə 550.0 manat, Əhmədağalı bələdiyyəsinə 800.0  manat, Alıbəyli bələdiyyəsinə 1000.0 manat, Xındırıstan bələdiyyəsinə 4200.0 manat vəsait ödənilmişdir.
Hacıturalı , Qaradağlı, Çəmənli, Qərvənd, Üçoğlan və Quzanlı bələdiyyələrinə vəsait ödənilməmişdir.

Bələdiyyə mülkiyyətində olan torpaqların istifadəsi demək olar ki, başlı-başına buraxılmışdır. Bələdiyyə torpaqlarından istifadəyə görə yığılan pullar demək olar ki, uçota  alınmır. Rayon İcra Hakimiyyətinin və aidiyyəti orqanların bu barədə fikirləşməsi zəruridir.

Rayonda istifadədə olan 7138.42 hektar Dövlət fondu torpaq sahələri mövcuddur.
Bəzi hallarda hüquqi və fiziki şəxslərin ehtiyacı nəzərə alınmadan onlara torpaq sahələri verilmişdir.
Ergi ərazisində Dövlət fondu torpaq sahələrinin istifadə vəziyyəti yerində araşdırılarkən aydın olmuşdur ki, Babayev Akif Şafa oğluna 169.0 hektar, Abbasov Əli Pənah oğluna 532.0 hektar, Murad Rüstəmova 100.0 hektar, Əliyev Xəqani Əli oğluna 150.0 hektar, Haqverdiyev Rövşən Haqverdi oğluna 116.0 hektar, Məmmədov Saday Pənah oğluna 100.0 hektar torpaq sahəsi icarəyə verilmişdir.
Babayev Akif Şafa oğlunun 223.32 manat, Rüstəmov Muradın 229.60 manat, Haqverdiyev Rövşən Haqverdi oğlunun 1537.90 manat Vergi İdarəsinə borcları vardır.

Dövlət torpaq sahələrini özgəninkiləşdirərək başqa şəxslərə qanunsuz subicarəyə verənlar vardır. Belə ki, İsgəndərov İsgəndər İsmayıl oğlu 50.0 hektar, İsmayılov Kamal İsmayıl oğlu 50.0 hektar, Hacıyev Elman 60.0 hektar, Əliyev Rəvan Hüseyn oğlu 40.0 hektar torpaq sahəsindən özləri istifadə etmir və həmin torpaq sahələrini başqa şəxslərə razılıq olmadan subicarəyə vermişlər.
Ergi ərazisində fiziki və hüquqi şəxslərin icarəsində olan Dövlət fondu torpaq sahələrinin istifadə vəziyyəti araşdırılarkən 932.0 hektar torpaq sahəsinin təyinatı üzrə istifadə olunmaması da aşkar olunmuşdur.
Bütün belə hallara  son qoyulmalı, torpaqlar əsl istifadəçilərə qanunamüvafiq qaydada verilməli, torpaqların təyinatı dəyişdirilmədən səmərəli istifadə edilməli, torpaqdan istifadəyə görə vergilər vaxtında dövlət büdcəsinə ödənilməli,  sözügedən icarədarlar haqqında təcili tədbir görülməlidir.


Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş rayon İcra Hakimiyyəti Başçısının, onun Aparatının fəaliyyətində mühüm yer tutur. Bu baxımdan rayonun sosial-iqtisadi, mədəni, ictimai-siyasi həyatının bütün sahələrində, xüsusilə vətəndaşlarla aparılan işin səmərəli, işgüzar təşkilində, ortaya çıxan problemlərin həllində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlarının daha fəal  iştirakının təmin edilməsi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
Lakin, hələ də bu sahədə nöqsan və çatışmazlıqlar mövcuddur. İnzibati ərazi dairələri üzrə nümayəndəliklərdə Təsərrüfatbaşına uçot kitablarının işlənməsi, vətəndaşların müraciətlərinə baxılması, kargüzarlıq işinin vəziyyətinin öyrənilməsi və əməli köməklik olunması məqsədilə nümayəndəliklərin işinə seçmə üsulla baxış keçirilmişdir.
Ağdam şəhər və Əlimədədli kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə qeyd olunan sənədlərə baxış keçirilən zaman bir sıra ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, hər iki nümayəndəlikdə Təsərrüfatbaşına uçot kitablarının işlənməsi vəziyyəti olduqca aşağı səviyyədə olmuşdur. Kitablarda olduqca vacib olan qeydlər işlənməmişdir. Eləcə də kargüzarlıq işlərinin aparılmasında da nöqsanlar vardır. Vətəndaşların ərizə şikayətlərinin qeydiyyatı, vətəndaşların qəbulu, daxil olan və göndərilən sənədlərin qeydiyyatı kitabları mövcud olmamışdır. Məcburi köçkünlərə verilən vahid aylıq müavinətin hesablanmasında da ciddi nöqsanlar vardır. Respublikanın hüdudlarında yaşayan və vəfat etmiş şəxslərin adlarına vahid aylıq müavinət verilməsi faktları mövcud olmuşdur.
         Hər iki nümayəndə- Mehdiyev Zabil Şöhlət oğlu və Qənbərov Allahverdi Yusif oğlu işdə yol verdikləri ciddi nöqsanlara görə tutduqları vəzifədən azad edilərək müvəqqəti olaraq  başqa  vəzifələrə təyin olunmuşlar. Yoxlamanın nəticəsindən asılı olaraq Zabil Mehdiyevin digər vəzifədə qalıb-qalmaması məsələsinə baxılacaqdır.
         2018-ci ilin sentyabr ayından hal-hazıradək  ümumilikdə rayon üzrə 62 nəfər vəfat etmiş, 211 nəfər xaricdə yaşayan  şəxslərə  vahid aylıq müavinətin verilməsi dayandırılmışdır.
Bundan əlavə Şıxbabalı, Qiyaslı, Xıdırlı, Qasımlı, Novruzlu, Nəmirli, Boyəhmədli, Sarıcalı, Kəngərli, Papravənd, Gülablı, Bağbanlar, Yusifcanlı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin də sənədlərinə baxış keçirilmiş, ortaya çıxan cüzi nöqsanların aradan qaldırılması təmin olunmuşdur. Nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə digər nümayəndələrə də ciddi xəbərdarlıqlar edilərək, müəyyən vaxt verilmişdir.
Ümid edirəm ki, hər bir inzibati ərazi dairəsi üzrə nümayəndə verilən tapşırıqlardan nəticə çıxaracaq, sakinlərinin hər biri barəsində geniş müfəssəl məlumata malik olacaq və onların hər bir probleminə öz problemləri kimi yanaşacaqlar.
2019-cu ilin yanvar ayında rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi Qrafik əsasında 53 inzibati ərazi dairəsi üzrə nümayəndəlıkdə 2018-ci ilin yekunları ılə əlaqədar hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda 5380 nəfər iştirak etmiş, 150 nəfər çıxış etmişdir. Çıxışlarda 100-dən artıq təklif və tənqidi qeyd söylənilmişdir. Tənqidi qeyd və təkliflər ümumiləşdirilərək təhlil edilmişdir.

Bir şəhər,  bir qəsəbə, 33 kənd inzibati ərazi dairəsi üzrə rayon əhalisinin 2018-ci ilin yanvar, iyul aylarında təsərrüfatbaşına qeydiyyatı dəqiqləşdirilmiş, kənd əhalisinin qeydiyyatı 2016-2020-ci illər üçün 459 ədəd təsərrüfatbaşına kitabda aparılmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən 2018-2022-ci illər üçün Şəhər və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində əhalinin qeydiyyatının aparılması üçün 162 ədəd Ev təsərrüfatı kitabları verilmişdir. 
            01 yanvar 2019-cu il tarixə metodoloji statistikaya görə rayonun 45824 ailə- təsərrüfat olmaqla 202 min nəfər  əhalisi vardır. Ondan 10446 ailə, 41075 nəfəri yerli, 35378 ailə,  160925 nəfəri məcburi köçkündür. Köçkün sakinlərimiz ölkəmizin 60-dan artıq şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
Hazırda köçkün əhalimizin 50000 nəfərdən çoxu rayonun ərazisində müvəqqəti məskunlaşmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən 2003-2014-cü illərdə rayonun ərazisində tikilmiş 18 köçkün qəsəbəsində hazırda 5641 ev var. Həmin evlərdə 6546 məcburi köçkün ailəsi olmaqla  25181 nəfər yaşayır.
           Eyni zamanda,  rayonun Ergi ərazisində 291 ailə olmaqla 1129 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.
            İl ərzində rayon üzrə 1002 nəfər qeydiyyata düşmüş, 583 nəfər qeydiyyatdan çıxmışdır.
Nümayəndəliklər üzrə vətəndaşlara qanunvericiliklə nəzərdə tutulan 36962 ədəd arayış və digər sənədlər verilmişdir.
Qeydiyyat işləri müvafiq Qanunvericilik aktlarına uyğun olaraq sənədləşdirilmiş, il ərzində rayon Qeydiyyat şöbəsi və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən 1092 doğum, 621 ölüm, 433 nikah qeydi aparılmışdır.
Müxtəlif şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün sakinlərimizlə daim əlaqə saxlanılmış Bakı, Sumqayıt, Mingəçevir şəhərlərində, Zaqatala, Ağcabədi, Bərdə  rayonlarında müvəqqəti məskunlaşmış Ağdamlı köçkünlərlə görüşlər, qəbullar keçirilmiş, onların bir sıra problemlərinin həllinə köməklik göstərilmişdir.


        2018-ci ildə Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatı vətəndaşların müraciətlərinə baxılmasını, onların qəbulunun təşkilini, vətəndaşların qaldırdıqları problemlərin həll olunmasını, onlara vaxtında cavab verilməsini daimi nəzarətdə saxlamışdır.
“Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanına əsasən 2018-ci ildə də Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan bütün vətəndaş müraciətləri vahid elektron informasiya sisteminə işlənilmiş, müraciətlərin icra olunması zamanı “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri müddətində icrasına nəzarət edilmişdir.

        2018-ci ildə Rayon İcra Hakimiyyəti Başçısı Aparatına  1447 müraciət daxil olmuşdur. Həmin dövrdə   73 müraciət nəzarətə götürülmüşdür ki, həmin müraciətlərə vaxtında baxılaraq əsas etibarı ilə müsbət həll edilmişdir.
          2018-ci ildə  Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 5119 nəfər vətəndaş qəbul olunmuşdur. Onlardan 1060 nəfəri İcra Hakimiyyəti Aparatında, 4059 nəfəri isə səyyari qəbula aiddir. Daxil olmuş müraciətlər aidiyyati üzrə təhlil olunmuş, həlli istiqamətində lazımi tədbirlər görülmüşdür.    

Aparılan təhlil nəticəsində məlum olmuşdur ki,    2018-ci ildə ən çox müraciət Çəmənli, Zəngişalı, Qaradağlı və Əfətli kənd sakinləri tərəfindən daxil olmuşdur. Bu kəndlərin inzibati ərazi dairələri  üzrə nümayəndələri ciddi tədbirlər görməlidirlər.

Çox təəssüf hissi ilə bildiririk  ki, hələ də rayonumuzda həqiqətə uyğun olmayan, respublikanın ayrı ayrı rəhbər orqanlarına lüzumsuz yazılar yazmaqda davam edən  şəxslər vardır. Buna misal olaraq  Vəli İsmayılovun,  İlham Məhərrəmovun, Şakir Məhərrəmovun, Fərhad Heydərovun, Vidadi Sadıqovun adlarını  göstərmək olar. Bu şəxlərdən Vəli İsmayılov  mütəmadi olaraq rayonun rəhbər şəxsləri haqqında müxtəlif instansiyalarına, təşkilatlara həqiqətə uyğun olmayan yazılar yazdığına görə  Ağdam Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli və 13 dekabr 2018-ci il tarixli  Qətnamələri ilə onun yazdığı məlumatlar həqiqətə uyğun olmayan məlumatlar hesab edilərək təkzib olunmuşdur. Lakin, buna baxmayaraq O hələ də əsassız və böhtan xarakterli yazılarından əl çəkmir.
Bununla yanaşı əhalimiz görülən hər bir müsbət işlərə qiymət verməyi də bacarır. Belə ki, rayonda aparılan tikinti, abadlıq, quruculuq və digər sosial sahələrdə görülən müsbət işlərə öz münasibətlərini bildirərək Rayon İcra Hakimiyyətinə təşəkkür məktubları ünvanlamışlar.    Evoğlu kənd sakini Hüseynova Aliyə Zahid qızı rayon İcra Hakimiyyətinə minnətdarlıq məktubu yazaraq 8 ildir Mərkəzi Rayon Xəstəxanasında  işlədiyini, hər gün işə gedib gələrkən böyük  çətinliklərlə qarşılaşdığını, 2018-ci ilin sonlarında kəndlərinə marşurut xətti açılandan sonra çox rahatlıqla işinə vaxtlı-vaxtında gəlib getdiyini bildirərək  buna görə öz dərin minnətdarlığını bildirmişdir.   Bərdə rayonu Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün salınmış  qəsəbədə məskunlaşmış məcburi köçkünlər adından 40 nəfər məcburi köçkün imzası ilə daxil olan  təşəkkür məktubunda  isə  2018-ci ilin dekabr  ayında onlarla keçirilən görüş zamanı qaldırdıqları problemlərin, içməli su üçün subartezian quyusunun qazılması və qəsəbə ərazisində  bonkamat quraşdırılması məsələsinin qısa vaxta öz həllini tapmasına görə öz minnətdarlıqlarını bildirmişlər.  Mirəşəlli kənd sakini Eldar Qasımov isə  3 kəndi birləşdirən, tam yararsız hala düşmüş yollarına yüksək keyfiyyətli asvalt çəkilməsinə başlanıldığına görə kənd əhalisi adından təşəkkürünü bildirmişdir.

 

Əhalimizin həyat şəraitinin yaxşılaşdırılması və kənd təsərrüfatı sahəsində qarşımızda duran vacib məsələlərin həlli üçün lazımi tədbirlər görməliyik.
Belə ki, Üçoğlan kənd-Səfərli qəsəbə,  Ağcabədi rayonu Muğanlı kəndi və Ergi qəsəbə avtomobil yolunun yenidən qurulması, digər kəndlərdə kəndarası asvalt yollarının salınması, əhalinin içməli və suvarma suyuna olan təlabatının ödənilməsi üçün yeni subartezian quyularının qazılmasına və Sənaye məhəlləsinin tikilməsinə nail olmalıyıq. Digər sahələrdə də başladığımız və icrasını vacib saydığımız bütün məsələlərin həllini təmin etməliyik.
Bir sözlə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin ətrafında sıx birləşərək rayonumuzun sosial-iqtisadi inkişafının yüksəldilməsi üçün lazım gələn bütün tədbirləri görməliyik.
Bu yolda hamınıza uğurlar arzulayıram.
Diqqətinizə görə minnətdarlığımı bildirirəm.

 

Keçidlər