Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib

02 fevral 2021 | 11:00

Ağdam rayonunda xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
YAP Ağdam Rayon Təşkilatında davam edən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısının müavini Xəqani Nəzərov Gənclər Günü münasibəti ilə gəncləri təbirik edib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən, rayonda gənclərin inkişafı üçün yaradılan şəraitdən danışıb. Azərbaycan gəncliyinin istər pandemiya şərtləri çərçivəsində, istərsə də Vətən müharibəsi zamanı fəaliyyətini yüksək qiymətləndirib. Vətən Müharibəsindən də danışan Xəqani Nəzərov bildirib ki, 44 gün davam edən döyüşlər və qazanılan qələbə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sonda pandemiya qaydalarına uyğun olaraq rayonun ictimai siyasi həyatında fərqlənən bir neçə gənc Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edilib.
Gənclər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər