Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda kənd xəstəxanası istifadəyə verilib

04 mart 2020 | 11:00

Ağdam rayonunun Xındırıstan kəndində əsaslı təmir olunan 50 çarpayılıq xəstəxana istifadəyə verilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bu münasibətlə keçirilən mərasimdə kənd sakinlərini təbrik edib, bütün sahələr kimi, səhiyyənin də maddi-texniki bazasının müasirləşdirilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, ötən il rayonda ruhi əsəb və ağciyər xəstəlikləri dispanserləri əsaslı təmir olunub. Hazırda əsaslı təmir işləri aparılan Qaradağlı kənd xəstəxanası da tezliklə istifadəyə veriləcək.
Məlumat verilib ki, Xındırıstan kənd xəstəxananın təmiri Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış sazişə əsasən icra edilən "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi" layihəsi çərçivəsində həyata keçirilib.
Kənd sakinləri ölkəmizdə səhiyyənin inkişafına, tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda iştirakçılar xəstəxanada yaradılan şəraitlə tanış olublar. Əsaslı təmir edilən xəstəxana binasında əhaliyə tibb xidməti göstərmək üçün lazımi şərait yaradılıb.

Keçidlər