Şriftin ölçüsü :

Saytın rəngi :

“3 dekabr - Beynəlxalq Əlillər Günü” münasibətilə Ağdam rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində daha çox ehtiyacı olan bir qrup əlilə ərzaq yardımı olunub.

03 dekabr 2019 | 11:00

Bu münasibətlə müxtəlif yaşayış məntəqələri üzrə bu kateqoriyadan olan şəxslərlə görüşülmüşdür. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov da şəxsən kənd və qəsəbələr üzrə müxtəlif təbəqələrdən olan bir qrup əlillərlə görüşərək onların səhhəti, mənzil-məişət şəraiti ilə maraqlanmışdır. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamları ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan insanların, o cümlədən əlillərin müavinətləri artırılır, onların yaşam şəraitləri yaxşılaşdırılır. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əməyi nəticəsində bir çox əlillərə yeni mənzillər tikilir, evləri əsaslı təmir olunur, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılır. Əlillər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və rayon İcra Hakimiyyətinin başçısına dərin təşəkkürlərini bildirmişlər.

Keçidlər