Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

01 oktyabr 2019 | 11:00

Ağdam rayonunda Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı qeyd edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, prokurorluq işçiləri  Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə təzə-tər gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.
Ağdam rayon Quzanlı qəsəbəsi Heydər Əliyev Mərkəzində  təşkil edilən tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etdi, onlara işlərində və xidməti fəaliyyətlərində uğurlar arzuladı. Vaqif Həsənov öz çıxışında bildirdi ki, ölkəmizin dövlət təsisatları sırasında xüsusi yeri və statusu olmaqla Azərbaycan prokurorluğu yarandığı gündən indiyədək mürəkkəb, lakin eyni zamanda şanlı bir inkişaf yolu keçmiş, doğma xalqına və müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən demokratik bir quruma çevrilmişdir. Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə Respublikamızda hakimiyyətə gəldikdən sonra hər sahədə olduğu kimi hüquqi demokratik dövlət quruculuğu sahəsində də əsaslı islahatlar aparılmış, dövlətçiliyin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ulu Öndərin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə 01 oktyabr - Prokurorluq orqanları işçilərinin peşə bayramı günü kimi təsis edilməsi bu diqqət və qayğının nəticəsidir.Müasir Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyev qanunlarımızın aliliyinin qorunmasında Respublika prokurorluq orqanlarının fəaliyyətinə xüsusi əhəmiyyət vermiş, onların əməyini layiqincə qiymətləndirərək demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız.”Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən də prokurorluq orqanları işçilərinin fəaliyyəti daim yüksək qiymətləndirilir, bu sahəyə xüsusi diqqət və qayğı göstərilir. Pokurorluq orqanlarının maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması, strukturunun təkmilləşdirilməsi üçün tədbirlər görülməkdədir.
Tədbirdə iştirak edən qonaqlar çıxış edərək, prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik ediblər.
Tədbirin sonunda xidmətdə fərqlənmiş bir qrup prokurorluq əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən mükafatlandırılıblar.

Keçidlər